Azərbaycanda iyunun 15-dən 16-na Ramazan ayının ikinci Əhya gecəsi qeyd olunub.
Bakıdakı "Fatimeyi-Zəhra" məscidinə toplaşan inanclı insanlar bu gecə münasibətilə ibadət edərək dualar oxuyublar, məscidin imam-camaatı Ramil Bədəlov Ramazan ayının və Qədr gecəsinin fəzilətlərindən danışıb.Qədr gecəsi Allahın kitabı Qurani-Kərimin nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Lakin Qədr gecəsinin konkret hansı gecə olması məlum deyil. Ona görə də hər il Ramazan ayının 19, 21, 23-cü gecələri Qədr gecəsi kimi qeyd edilir, müsəlmanlar əhya saxlayırlar.
Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.
Ramazan ayının üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə keçən geçən qeyd olunacaq./faktxəbər/