Tarix : 2017 Jun 17
Kod 51976

İsa Qəmbər Əfqan Muxtarlı ilə bağlı ifadə verdi

İyunun 16-da Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Ağır Cinayətlərə Daiq İşlər üzrə İstintaq İdarəsində ifadə verib.
Meydan tv-İstintaqdan çıxdıqdan sonra jurnalistlərə açıqlama verən İsa Qəmbər deyib ki, onu jurnalist Əfqan Muxtrarlının işi üzrə şahid qismində dəvət ediblər: 
“Çox mənasız bir işdir. Mən istintaqçılara da tövsiyə etdim ki, prokurorluq gerçək cinayətkarlığa qarşı mübarizə aparmalıdır, ictimai fəallara qarşı qurama cinayət işlərinə son qoyulmalıdır.
Mən Əfqan Muxtarlının öz xoşu ilə sərhədi keçməsi, pul gətirməsi kimi cəfəngiyyata inanmadığımı bildirdim. Əfqan Muxtarlının özünün səsləndirdiyi versiyanın həqiqət olduğunu düşündüyümü dedim. Bunlar özlərinin uydurduğu cəfəngiyyatın ətrafında hansısa ciddi işin getdiyini nümayiş etdirmək istəyirlər. Ancaq mənasızdır. Artıq bütün dünya Əfqanın Tbilisinin mərkəzindən oğurlandığını, Azərbaycana təhvil verildiyini bilir”.
İsa Qəmbər deyir ki, dünyada hər kəsin bildiyi həqiqəti kənara qoyub, uydurma bir versiyanın ətrafında guya istintaq işinin aparılmasını iddia eləmək özünə hörmət edən hüquq işçilərinə yaraşmaz: 
“İndi Azərbaycanın hüquq işçiləri özləri haqqında nə düşünürlər, bu da onların öz problemidir”.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.








  • Yazılıb
  • da (də) 2017 Jun 17
  • Göndərən مدير سايت Aran News