Bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb.
İslamazeri bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verirlib.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
Qeyd edək ki, göstərilən rəqəmlər rəsmi qaydada qeydə alınan boşanma hallarının sayını göstərir.