Tarix : 2017 Jun 18
Kod 51985

''İstintaqdan daha çox istintaqın imitasiyasına bənzəyir''

İyunun 17-də Müsavat Partiyasının başqanı Arif Hacılı jurnalist Əfqan Muxtarlıya qarşı açılmış cinayət işi ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib.
Meydan tv-Arif Hacılı istintaqın imitasiya xarakteri daşıdığını vurğulayıb:
“Gücüstanda Əfqan Muxtarlının işi ilə bağlı 200 nəfər adamın dindirildiyi deyilir. Halbuki 200 nəfəri dindirməyə ehtiyac yoxdur. Sadəcə təhlükəsizlik kameralarına baxmaqla Əfqan Muxtarlının oğurlanmasını elə bir gün ərzində müəyyən etmək mümkündür. Görünür burada da eyni proses gedir. Guya qaçaqmalçılıq üstündə, dövlət sərhəddini pozmaqda ittiham olunun şəxs barədə elə bir istintaq aparılır ki, sanki bu çox qüdrətli bir siyasi xadim imiş. Ölkələr arasında, siyasi qüvvələr arasında münasibətlər quran böyük siyasi işlərlə məşğul imiş”.
İyunun 16-da isə jurnalistin işi ilə bağlı Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər ifadə vermişdi.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.



  • Yazılıb
  • da (də) 2017 Jun 18
  • Göndərən مدير سايت Aran News