Tarix : 2017 Jun 18
Kod 51990

Namaz məhbusu Sərdar Hacıhəsənli barədə `Şeyxin İmzası` adlı sənədli film çəkildi

Namaz məhbusu Şeyx Sərdar Hacıhəsənli haqqında hazırlanan bu filmdə onun uşaqlığı, məktəb illəri, ibtidai dini təhsili, gənclik illərində İslam təbliği və ümumi İslam təhsili, Orta Asiya fəaliyyətləri və doğma vətənində ölkə ictimaiyyətinə və İslama verdiyi töhfələri onu yaxından tanıyanların dilindən eşidəcəksiniz.
Maide.az-Həmçinin filmdə Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Sərdar Hacıhəsənlini övlad kimi, bir ata kimi, şagird kimi, bir dost kimi, tələbə yoldaşı kimi də tanıyacaqsınız.
Qeyd edək ki, Şeyx Sərdar haqqında çəkilmiş bu film bu gün Azərbaycan vaxtilə axşam saat 22.00-da Türkiyənin “Kudüs TV” kanalında yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu və siyasi məhbus ruhani Sərdar Hacıhəsənli Masallı rayonunda cümə namazı qıldığı üçün rayonun icra başçısının şikayəti əsasında ona cinayət işi açılıb və həbs qəti-imkan tədbiri seçilib. Fevralın 22-də saxlanılan Şeyx Sərdarın hazırda məhkəməsi gedir. Növbəti məhkəmə iyun ayının 19-da saat 10:00-da Masallı Rayon Məhkəməsində keçiriləcək.










  • Yazılıb
  • da (də) 2017 Jun 18
  • Göndərən مدير سايت Aran News