Tarix : 2017 Jun 18
Kod 51992

Azərbaycanda müsəlmanların son statistikası açıqlandı

"Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil edir. Ölkədə 2200-dək məscid, 7 sinaqoq, 14 kilsə - həm katolik, həm də pravoslav kilsələrinin icmaları fəaliyyəti göstərir. Azərbaycanın dövlət büdcəsindən hər il müxtəlif dini icmalara yardım ayrılır. Bütün bunlar dayanıqlı inkişafın göstəriciləridir".
İslamınSəsi  APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilən plenar iclasda deyib.
M.Qurbanlı qeyd edib ki, dayanıqlı inkişafı ləngidən amillərdən biri də sürətlə silahlanmadır: "Dünyada hər il 1 trilyon 600 milyard dollar silahlanmaya sərf olunur. Bu vəsaitin 1 trilyonu yalnız NATO ölkələrinin payına düşür. Dünyada 160-ya yaxın münaqişə ocağı mövcuddur. Bu gün heç kim terrordan sığortalanmayıb".












  • Yazılıb
  • da (də) 2017 Jun 18
  • Göndərən مدير سايت Aran News