İyunun 17-də Avropada yaşayan azәrbaycanlı siyasi mühacirlәr Almaniya, Fransa və İsveçin müxtəlif şəhərlərində Azәrbaycanda siyasi mәhbuslara azadlıq tәlәbilә aksiyalar keçiriblәr.
Nur-az.Com:Aksiyaları Müsavat partiyası Avropa Koordinasiya Mәrkәzi tәşkil edib.Aksiyaçılar Gözәl Bayramlı vә Әfqan Muxtarlının hәbsilә yeni repressiya dalğasının başlamasına etiraz ediblәr, hәm onların, hәm dә başqa siyasi mәhbusların tәcili azad olunmasını tәlәb ediblәr.
Aksiyada siyasi məhbusların fotoları və onlara azadlıq tələb edən şüarlar yazılmış plokatlar qaldırılıb. Aksiyaçılar etirazların bundan sonra da davam edəcəyini bəyan ediblər.