Tarix : 2017 Jun 18
Kod 51995

Faiq Əmirlinin səhhətinin pisləşdiyi bildirilir

“Azadlıq” qəzetinin yayım direktoru və Azərbaycan Xalq Cəbhəsi partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirlinin səhhətində problemlərin kəskinləşdiyi bildirilir.
Azadliq.Org-Bu barədə onun xanımı Lalə Əmirli məlumat verib.
L.Əmirli həyat yoldaşı ilə dünən, iyunun 16-da telefonla danışıb.
F.Əmirli xanımına bildirib ki, hələ də, qida qəbul edə bilmir, yediyini dərhal qaytarır. Üstəlik ödündə də qatılaşma var, ağrıları kəskinləşib.
F.Əmirlinin səhhətində bir neçə aydır ki, problemlərin yarandığı söylənir.
O, bir müddət öncə səhhətindəki problemlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirilmişdi. Vəkilləri onda bildirmişdilər ki, bu müayinə nəticəsində də Faiq Əmirlinin səhhətində yarananmış problemlər aşkarlanıb. Sadəcə cəza evində müalicə ciddi nəticə vermir.
Vəkilləri onunev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər versələr də, bu qəbul edilməmişdi.
Onun xanımının son açıqlamalarına isə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
XATIRLATMA
F.Əmirli ötən il avqustun 20-də saxlanıb. O, əvvəlcə Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra ona yeni ağır ittihamlar irəli sürülmüşdü.
F.Əmirliyə verilmiş bəzi ittihamlarisə məhkəməsi öncəsi götürüldü. F.Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. Bu ittihamlarla ona 5 ilə kimi həbs cəzası verilə bilər.
Hazırda onun məhkəmə prosesi davam edir.
AXCP F.Əmirlinin həbsini siyasi sifariş sayır. F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı dayanıb.
Üstəlik, qəzetin bir sıra əməkdaşları prokurorluğa çağırılıb, ifadələri alınıb.


 












  • Yazılıb
  • da (də) 2017 Jun 18
  • Göndərən مدير سايت Aran News