Tarix : 2017 Jun 19
Kod 51997

Məşədi Dadaş məscidində 3-cü əhya

Dünən Məşədi Dadaş məscidində 3-cü əhya mərasimi keçirilib
İslamazeri.com xəbər verir ki, dünən Məşədi Dadaş məscidində 3-cü əhya mərasimi keçirilib. Məscidin axnd, ilahiyyatçı Hacı Şahin Həsənli məclisin birinci hissəsində moizə edib. O 3-cü əhya gecəsinin İmam Zamanla (ə.f) əlaqəli olduğunu, bu əhya mərasimlərinin azadlıqla bağlılığından danışıb. O çıxışı zamanı qərb dünyasının daha çox azadlıqdan danışdığını, lakin o ölkələrdə də mütləq azadlığın olmadığını vurğulayıb. Əsil azadlığın İmamın zühuru zamanı baş verəcəyini önə çəkən vaiz, Kərbəla hadisələrini də yada salıb.
  • Yazılıb
  • da (də) 2017 Jun 19
  • Göndərən مدير سايت Aran News