İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.
FaktXəbər-in AzərTAC-a istinadən verdiyi məlumata görə, mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.