Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu, Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi sabah keçiriləcək.
Maide.Az xəbər verir ki, Məhkəmə 19 iyun tarixində saat 10:00-da Masallı Rayon Məhkəməsində keçiriləcək. Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham olunur.
Xatırladaq ki, bunadan öncəki məhkəmə prosesi iyun ayının 7-də Masallı Rayon Məhkəməsində keçirilmişdir.