Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib.
Bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfərlə mübahisə edib.Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir./report/