1 saatdan çox gecikən prosesə səbəb hakimin gəlməməsi olub. Proses açıq olsa da məhkəmədə iştirak etmək üçün zala girişə maneə yaradılıb. Məhkəməyə vəkillər və bir neçə nəfər buraxılıb. Digər şəxslər məhkəmə önündən uzaqlaşdırılıb.
Qeyd edək ki, ötən məhkəmə prosesində xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edən zaman “tam demokratik mühit” yaradılmışdı.
***
Bu gün Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, namaz məhbusu Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilməli olsa da, hələ ki, iclas yubadılır. Saat 10:00-da başlamalı olan proses 1 saatdır ki, təxirə düşüb.
Məhkəmədən açıqlanan səbəbə görə prosesin gecikməsi hakimin hələ gəlməməsi ilə əlaqədardır.
Masallı Rayon Məhkəməsinin qarşısında toplaşan ölkənin tanınmış ictimai-siyasi xadimləri, ruhanilər, müxtəlif bölgələrindən gələn sadə vətəndaşlar ruhaniyə dəstək ifadə edir.
Məhkəmənin gedişi ilə bağlı ətraflı məlumat veriləcək.
Qeyd edək ki, tanınmış ruhani Şeyx Sərdar Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayəti əsasında həbs edilib. O, qanunsuz olaraq “Cümə” namazı qılmaqda ittiham edilir./maide/