Tarix : 2017 Jun 19
Kod 52008

Azərbaycan hakimiyyəti daxilində güc savaşı

Gürcüstan Patriarxiyası Azərbaycanın “Region” (ARB) telekanalının qaradərili aparıcının iştirakı ilə təşkil etdiyi “Fernando şəhərdədir” adlı şou-proqramından hiddətlənib.
SSRİ-nin parçalanamsından sonra müstəqillik qazanan Azərbaycan Respublikası 1991-ci ildə ilk referendumunu keçirdi. Prezident seçkilərinin tək namizədi olan rusmeyilli Ayaz Mütəllibov seçki yolu ilə prezident kürsüsünə oturdu. Amma Xocalı qətliamının baş verməsi onun istefasına səbəb oldu. 1992-ci il 6 martda A. Mütəllibov öz istefa məktubunu Milli Məclisə təqdim etdi.
Onun istefasından sonra millətçi Əbülfəz Elçibəy prezident seçildi. Ermənistanla müharibədə Azərbaycanın məğlubiyyətinin davam etməsi ölkədə daxili müharibə yaranması və Azərbaycanın müstəqilliyini itirməsi təhlükəsini gücləndirdi. Bu səbəbdən Ə. Elçibəy də öz prezidentlik dövrünü sona kimi icra edə bilmədi. O da 1993-cü il 1 sentyabrda öz vəzifəsindən istefa verərək hökuməti Naxçıvanda Yeni Azərbaycan Partiyasını təsis etmiş və hakimiyyətə gəlmək üçün zəminə yaratmaqda olan Heydər Əliyevə verdi.
H. Əliyev Azərbaycanın daha artıq ərazilərinin işğal edilməsinin qarşısını almaq məqsədilə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 1994-cü ilin may ayında Ermənistanla atəşkəs müqaviləsi imzaladı. Xarici şirkətlərlə “Əsrin müqaviləsi” kimi müqavilələrin bağlanması H. Əliyevin hakimiyyətinin möhkəmlənməsinə kömək etdi. O, 2001-ci il 31 oktyabra qədər dövlətə başçılıq etdi. Vəfatından sonra onun oğlu İlham Əliyev hakimiyyət başına gəldi. Doğrusu, H. Əliyev baş nazirlik postunu İ. Əliyevə verməklə hakimiyyətin oğluna ötürülməsi üçün əvvəlcədən şərait yaratmışdı. H. Əliyevin prezidentliyi dövründə ölkədə keçirilən bütün seçkilər YAP-ın qələbəsi ilə bitdi və müxalif siyasi partiyalar ya hakimiyyətin təzyiqi, yaxud da partiya rəhbərliyinin zəifliyi üzündən iqtidarda olan YAP qarşısında güclü partiyaya çevrilə bilmədi.
Neçə illərdir ki, YAP ölkənin üç qüvvəsini – icra, qanun və məhkəmə aparatlarını – öz ixtiyarına almışdır.
Azərbaycanın konstitusiyasına əsasən, bir nəfər iki dəfədən artıq prezident seçkilərinə namizəd ola bilməz. Ancaq YAP 2009-cu ildə referendum təşkil edərək İ. Əliyevin ömrülük prezident olmasına yol açdı. Belə ki, indi Azərbaycan prezidenti bu postu oğlu Heydər Əliyevə ötürə və hakimiyyətin əliyevlər ailəsində qalmasını təsbit edə bilər.
Heydər Əliyev hakimiyyət başında olduğu vaxt naxçıvanlıların hakimiyyətdə vəzifə tutması maneəsiz idi. Bu siyasətçilər H. Əliyevlə birlikdə YAP-ın özəyini təşkil edirdi və onlar köhnə siyasətçilər hesab olunur.
YAP-ın əsasnaməsində Rusiya və qərblə paralel siyasətə təkid olunur. Amma naxçıvanlıların siyasi davranışı göstərir ki, bu cinahın Rusiyaya meyli daha çoxdur. Əgər Rusiya, ya qərbi seçmək durumunda olsa, sözsüz ki, Rusiyanı seçəcək.
İ. Əliyev hakimiyyətə gəldikdən sonra onun həyat yoldaşı Mehriban Əliyevanın Bakı dövlətinin siyasətlərində təsir qoymaq üçün göstərdiyi təlaşlar hakimiyyət daxilində tədricən naxçıvanlılar cinahı ilə bərabər paşayevlər adında bir cinah da formalaşdırdı.
Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva bu fondun potensiallarından istifadə edərək gənclərə Avropa və Amerika universitetlərində təhsil imkanı yaratdı. M. Əliyevanın bu işdə məqsədi tədricən köhnə siyasətçiləri hakimiyyətdən uzaqlaşdırmaq, modernizm və paşayevlər cinahının tərəfdarlarını onların yerinə gətirməkdir.
Müəllifin fikrincə, M. Əliyeva qorxur ki, naxçıvanlılar hakimiyyətdə olan nüfuzlarından istifadə edərək, oğlu Heydər Əliyevin hakimiyyətə gəlməsinə maneəçilik yaratsınlar. Naxçıvanlılar və paşayevlər arasında hakimiyyət rəqabəti getməyinə heç bir şübhə yoxdur. Ancaq bu iki cinah öz mənafelərini hakimiyyət daxilində nüfuzlarını gücləndirməklə təmin edirlər. Naxçıvanlılara bağlı dövlət rəhbərlərinin mənfi işləmələrinə diqqət etməklə prezident İ. Əliyev də bu nəticəyə gəlmişdir ki, naxçıvanlıların hakimiyyətdə iştirakı onun Azərbaycan üçün inkişaf proqramını irəli aparmayacaq. Üstəlik, əliyevlər hakimiyyətinin davam etməsi ilə razılaşmaya da bilərlər. Ona görə də İ. Əliyev naxçıvanlıları tədriclə dövlət postlarından uzaqlaşdırmağa çalışır. Prezident Mikayıl Cabbarovu təhsil naziri, Ramin Quluzadəni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin etməklə naxçıvanlılara ilk zərbəni vurdu.
Ötən il konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendumdan sonra M. Əliyeva birinci vitse-prezident vəzifəsinə təyin olundu. Dövlət konstitusiyasına əsasən, prezident üçün vəzifəsini icra edə bilməyəcək bir problem yarandığı surətdə birinci vitse-prezident dövləti idarə etməli və yeni prezidentin seçilməsi üçün referendum keçirilməsini təşkil etməlidir. Sözsüz ki, bu post hakimiyyətin İ. Əliyevdən oğlu H. Əliyevə ötürülməsi məqsədilə yaradıldı.
İ. Əliyev rabitə və yüksək texnologiyalar və nəqliyyat nazirliklərini birləşdirməklə naxçıvanlıların əsas hamisi Ziya Məmmədovu hörmətlə vəzifədən uzaqlaşdırdı, yeni təsis edilmiş nazirliyə Ramin Quluzadəni gətirdi. Hazırda prezident aparatında dəyişikliklər yaranmaqla Mehriban Əliyevanın Heydər Əliyev Fondunda iş yoldaşları mühüm postlara gətirildi. Altay Həsənov, Mehdi Dadaşov, Fariz Rzayev, Anar Əliəkbərov, Yusif Məhəmmədəliyev prezident aparatına gətirilənlər arasındadır. M. Əliyevanın istiqamətləndirməsi və proqramı ilə gedən prosesdə İ. Əliyevin öz yoldaşlarını hakimiyyətdən həmişəlik uzaqlaşdırması mümkündür.
Mövcud duruma diqqət etməklə zaman keçdikcə Azərbaycan hakimiyyətinin daxilindəki ixtilaflar daha da artacaq və daha da qabaracaq. Şübhəsiz, naxçıvanlılar hakimiyyətdəki nüfuzlarından asanlıqla əl çəkməyəcək./qafqaz/




  • Yazılıb
  • da (də) 2017 Jun 19
  • Göndərən مدير سايت Aran News