Tarix : 2017 Jun 20
Kod 52012

siyonist rejimin səfirinin Masallı icra hakiminə təşəkkür borcumu var

Məlum olduğu kimi səfirin Masallıya səfəri məhz Qədr gecələrinə, daha dəqiq isə İmam Əlinin (ə) şəhadət axşamına (İyunun 16-sı) təsadüf edib.
Nur-az.com:İsrailin ölkəmizdəki qondarma səfiri Dan Stav Masallıya səfər edib və Masallı icra hakimi Rafil Hüseynov səfirin pişvazına çıxıb. Səfir burada Heydər Əliyevin abidəsini ziyarət edib və səfirə qucaq açan icra başçısı qarabaqara səfiri izləyib, onu bir sıra görməli yerlərə aparıb, hətta onun “şərəfinə” konsert də təşkil edib. Burada bir neçə məqam diqqət çəkir.
Bərabərhüquqlu söhbətinə nə ehtiyac var? Yoxsa bu siyasi manevrdirmi?
Diqqət çəkən məqamlardan biri səfirin jestli danışığı olub. O deyir: “Yəhudilər əsrlərboyu azərbaycanlılarla birlikdə dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər bu ölkənin bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir.” Əslində burada səfir diplomat olduğu üçün elə danışmaq istəyib ki, nə şiş yansın, nə də kabab. Amma əslində səfir elə özünü yandırıb. O, dolayısıyla Azərbaycan xalqının tolerant olduğuna diqqət çəkmək istəyib amma onun bu sözlərində siyasi səhvlər var. Birincisi, əgər məqsədi qondarma israil rejimindən Azərbaycana gələn insanlardırsa, o, bununla Azərbaycanın sionistlərin əlində olmasını eyham vurub. Amma bu zəif ehtimaldır. Çünki özü çıxışında “yəhudilər bu ölkənin bərabər hüquqlara malik vətəndaşlarıdır” deməklə Azərbaycan vətəndaşı olan yəhudilərə işarə edib. Amma yenə də bu, adi halda olmasa belə, siyasət meydanında siyasi jest hesab edilir. Çünki əgər söhbət bu ölkənin vətəndaşı olan yəhudilərdən gedirsə burada xüsusi qeydə ehtiyac yoxdur. Zatən bütün ölkələrdə müxtəlif millətdən və dindən olan bir çox insanlar vardır ki, həmin dövlətin şəxsiyyət vəsiqəsi daşıyır və bu ölkənin vətəndaşı olurlar. Bu yerdə onsuz da onlar bərabərhüquqlu olurlar. Daha burada xüsusi qeydə ehtiyac yoxdur. Amma səfir nə demək istədiyini çox gözəl bilir. O demək istəyir ki, Azərbaycan bu dəqiqə sionist yəhudilərin nəzarəti altında olan bir ölkədir. Hər dəfə bu kimi qeydlərlə yadda və gündəmdə qalmağa çalışırlar.
İsrailə işləyən nazirdən sonra icra başçısı... 
Məlum olduğu kimi tez-tez sionist İsrailin Azərbaycanda təhlükəsizlikdən məsuliyyət daşıyan rəsmi orqanlarına öz adamlarını, yaxud onlara işləyən adamları sızdırmalarını çox eşitmişik. Mətbuatda tez-tez bu barədə xəbərlər dərc edilib. Amma sionistə işləyən Eldar Mahmudov ifşa edildikdən sonra sionist İsrail bu adamın yerinə bir nəfər tapmalı idi. (Eldar Mahmudovun bandaya çevirdiyi nazirliyin bu qədər cinayətlərinə baxmayaraq onun həbs edilə bilməməsi zehinlərdə bir sıra sualalr doğurur)
Diqqət etmisinizsə Eldar Mahmudovun zamanında həbs edilən ruhaniləri əslində İsrailin ən güclü düşməni olan İranda oxuduqları üçün həbs ediblər, amma açıq-aşkar “İran agenti” damğasını onlara yapışdıra bilməyib başqa adlarda onları həbs ediblər. Amma Eldar Mahmudov həbs edildikdən sonra nəinki bu ruhanilərin (cinayətkarlar tərəfindən həbs olunduqları üçün) işinə yenidən baxılmadı, üstəlik onlardan sonra da ruhani həbs edildi. Həbsi səs-küy doğuran bu ruhani isə Masallı sakini olan və camaat içində nüfuza malik olan Şeyx Sərdar oldu. Amma, artıq Şeyx Sərdarı Eldar Mahmudovun əliylə tutmaq mümkün deyil idi. Onun yerinə dolduracaq bir nəfər lazım gəlirdi. Şeyx Sərdar isə - mətbuatda qeyd edilənlərə əsasən deyə bilərik ki, Masallı icra hakimi Rafil Hüseynovun şər-böhtan dolu şikayəti ilə həbs edilib. Burada da hadisələri tutuşdurduqda bir çox suallar meydana çıxır. Görəsən Rafil Hüseynovun İsrailə işləməsinə dair şübhə yeri qalırmı? Yoxsa israil səfiri özünü Rafil Hüseynova borclumu hesab edir? Nəticədə məlum olur ki, Şeyx Sərdarın həbsi də əbəs yerə deyil və əvvəlcədən hazırlanmış planın tərkib hissəsidir.
Dindar xalqı qıcıqlandırmaq istəyi
Məlum olduğu kimi səfirin Masallıya səfəri məhz Qədr gecələrinə, daha dəqiq isə İmam Əlinin (ə) şəhadət axşamına (İyunun 16-sı) təsadüf edib. Əslində bu addım əhalisinin çoxu şiə olan bir xalqı qıcıqlandırmaqdır. Xüsusən də Masallı cənub regiondur və Azərbaycanda cənub məntəqələr daha çox dindar və şiə kimi tanınıb. Şiə isə İmam Əli (ə) ardıcılı deməkdir. Burada yaşayan camaat, xüsusən Şeyx Sərdar və onun arxasında namaz qılan camaat İmam Əli (ə) şiələridir. Səfir və icra başçısı isə bununla şiələrə meydan oxumaq və onlarda qıcıq oyatmağa çalışır. Zatən sionist səfirinin Masallıya gəlişi insanlarda qıcıq yaradır, üstəlik bu gəlişin “şərəfinə” konsert də təşkil ediblər. Bununla da İmam Əli (ə) şiəsi olan və öz rəhbərinə yas saxlayan bir xalqın kütləvi şəkildə etiraz etməsinə, dövlətlə üz-üzə gəlməsinə zəmin yaradırlar. Yoxsa namaz qıldığı və qıldırdığı üçün həbs edilib “namaz məhbusu” adıyla şöhrət qazanan bir ruhaninin ruhanilik etdiyi rayona gəlib onun namaz üstündə, səcdə zərbətlənən rəhbərinin şəhadət axşamında konsert verməsinin başqa nə adı var?
Masallı xalqının icra hakimi ilə arasının yaxşı olması görüntüsü yaratmaq
Səfirin bu məntəqəyə səfəri və icra başçısının onun pişvazına çıxması həm də bu mənadadır ki, qoy hamı bilsin ki, əslində Masallı camaatının onların ruhanisi işvərənliklə həbs etdirən icra başçısı ilə heç bir düşmənçiliyi və kini yoxdur. Üstəlik başçının əmriylə səfirin “şərəfinə” konsert də hazırlanıb. Deməli, onlar demək istəyir ki, nə sionist səfirinin Masallıya gəlişinə, nə də başçının onun pişvazına çıxmasına Masallı xalqı etiraz etmir. Amma əslində həqiqət başqa cürdür. Masallı camaatı, xüsusiylə dindarlar sadəcə hadisələrin gedişatını izləyir və bu kimi hadisələr zəmin yaradacaq ki, bu camaat, bu mömin insanlar öz mövqeyini lazım gəldikdə bildirsin.
Hər bir dindar, Azərbaycan vətəndaşı öz soydaşının nahaqq yerə həbs edilməsinə etiraz etməli və xayin ayaqların bu torpaqlara dəyməsinə razılıq verməməlidir.




  • Yazılıb
  • da (də) 2017 Jun 20
  • Göndərən مدير سايت Aran News