Tarix : 2017 Jun 20
Kod 52022

Qafqaz məsələləri üzrə mütəxəssis və fəalların Təbrizdə keçirdiyi illik konfransda: İran Türkiyənin Fars körfəzində hərbi baza yaratmasına icazə verməməlidir

Ərdoğan və onun yaxın adamlarının baxışları İxvanül-Müslimin hərəkatının təfəkkürünə yaxındır. Elə ona görə də Qətər və Ərəbistan arasında yaranmış son münaqişədə Ərdoğan Qətərin tərəfini tutdu. İş ora qədər irəlilədi ki, Türkiyə parlamenti mümkün təhdidlər qarşısında Qətər hökumətini qorumaq üçün 5 min hərbçinin bu ölkədə yerləşməsini təsdiq etdi.
AranNews – Qafqaz məsələləri üzrə mütəxəssis və fəalların Təbrizdə keçirdiyi illik konfransda bu il də öz fəaliyyətini davam etdirib. Konrfansda Təbriz Universitetinin Hüquq və Sosial Elmlər Fakültəsinin rəhbəri doktor Rəcəb İzədi Ərəbistan və Qətər arasında yaranmış gərginliyi təhlil edərək deyib: “Fars Körfəzi Əməkdaşlıq Şurası İslam İnqilabının qələbəsindən sonrakı ilk illərdə yaradıldı. Şuranın yaradılmasının hədəflərindən biri də İslam İnqilabının təfəkkürü ilə qarşılaşmaq idi. Onun yaranmasından dörd onillik ötməkdədir və İraqın İran əleyhinə müharibəsində Səddamı dəstəkləməsi kimi qara nöqtə onun fəaliyyət səhifəsində görünür”.
Doktor əlavə edib: “Bu 40 ilə yaxın müddətdə Şuranın daxilində yaranan tarazlıq və vəhdət regional hadisələrdən irəli gəlmişdir. Oman həmişə İranla yaxın münasibətlər qurmaq ardınca olub. Küveyt Fars körfəzi müharibəsində İranın İraqın o zamankı işğalçılıq hərəkəti qarşısında onu dəstəkləməsindən sonra mötədil mövqe tutmağa və İran əleyhinə hərəkət etməməyə təlaş edir. Qətər də məntəqənin qüdrət tarazlığında həmişə Ərəbistanın rəqibi kimi çıxış edib. Müstəqil siyasətdə daim ərəb ölkələrində İxvanül-Müslimin hərəkatını dəstəkləyib. Bu məsələ Ərəbistanın siyasətinin ziddinə olub.
Hal-hazırda Qərbi Asiya və Şimali Afrika regionunda üç dövlət nüfuza malikdir. İran, hərbi qüdrəti, ideoloji gücü və son illərdə elm və mədəniyyət sahələrində yüksək nailiyyətlər əldə etməsi ilə öz nüfuzunu genişləndirmişdir. Ərəbistan da İranın maraqlarının əksinə hərəkətdədir. Bu istiqamətdə bir sıra uğurlar əldə edə bilmiş, bir sıra dövlət və qrupları öz ətrafında toplamağa nail olmuşdur. Üçüncü nüfuz sahibi isə Türkiyədir. Ankara regionda iştirak etməmək olan kamalizm yanaşmasının əksinə olaraq Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsindən sonra regiona çıxış ardıncadır”.
Doktor İzədi Ərdoğanın region siyasətlərini də analiz edərək deyib: “Ərdoğanın siyasətləri bir gün Osmanlı imperiyasının müstəmləkəsi olan ölkələrdə öz qürdətini bərpa etməyə yönəlib. Ərdoğan və onun yaxın adamlarının məfkurəsi İxvanül-Müslimin hərəkatının təfəkkürünə yaxındır. Elə ona görə də Qətər və Ərəbistan arasında yaranmış son münaqişədə Ərdoğan Qətərin tərəfini tutdu. İş ora qədər irəlilədi ki, Türkiyə parlamenti mümkün təhdidlər qarşısında Qətər hökumətini qorumaq üçün 5 min hərbçinin bu ölkədə yerləşməsini təsdiq etdi”.
Təbriz Universitetinin humanitar elmlər fakültəsinin rəhbəri və siyasi elmlər kafedrasının müdiri çıxışının sonunda deyib: “Sözsüz ki, Türkiyənin Fars körfəzi regionunda hərbi iştirakı regionda sabitliyin qayıtmasına kömək etməyəcək, üstəlik yeni probelmlər yaradacaq. İran İslam Respublikası Türkiyənin bu qərarı ilə müxalifətini açıq şəkildə bildirməli və onun həyata keçməsinin qarşısını almalıdır”.
Konfransın natiqlərindən olan XİN-nin şimal-qərb bölgələri üzrə nümayəndəsi Babayi regiondakı durumu qısa təhlil edib. O deyib: “Ölkənin xarici siyasət aparatı regionda yaranmış mürəkkəb bir durumda müdrikliklə və eyni zamanda inqilabi baxışla, həmçinin Ali Məqamlı Rəhbərin təklif etdiyi üç prinsip –izzət, hikmət və məsləhət– əsasında hərəkət etməyi özünə vəzifə bilir”.















  • Yazılıb
  • da (də) 2017 Jun 20
  • Göndərən مدير سايت Aran News