Tarix : 2017 Jun 20
Kod 52023

Azərbaycanda islamçılara qarşı sərt məhdudiyyətlər dövlətin xeyrinə deyil

Qafqaz məsələləri üzrə ekspertlər və fəalların hər il Ramazan ayında keçirdiyi konfrans bu il Təbrizdə Aran Mədəniyyət və Araşdırmalar Mərkəzinin evsahibliyi ilə baş tutub.
AranNews – Konfrans Təbriz universitetlərinin bir qrup politologiya, hüquq və tarix müəllimləri, Qafqaz və Anadolu məsələləri üzrə ekspert və media fəallarının iştirakı ilə keçirilib. Regionun hazırkı durumu və fikir mübadiləsi konfransın əsas mövzusu olub.
Konfransda Aran Mədəniyyət və Araşdırmaları Mərkəzinin idarə heyətinin müdiri Azərbaycan Respublikasında siyasi və dini fəalların durumu, hökumətin onlara qarşı hərəkətlərindən söz açaraq deyib: “Azərbaycan Respublikasında insan haqlarının və əsas azadlıqların pozulması ilə bağlı narahatedici xərəblər eşidilməkdədir”.
Doktor Məhəmmədəli Mütəfəkkirazad əlavə edib: “Azərbaycanın dindar xalqı Ramazan ayında islamçılara qarşı bir sıra sərt məhdudiyyətlər qoyulması və dini mərasimlərə yeni yasaq dalğası ilə üzləşmişdir. Son hərəkətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi evlərdə Quran dərslərinin təşkil etməsini qadağan etmişdir”.
İdarə heyətinin müdiri əlavə edib ki, Bakıda Hacı Əbdürrəhim Bəy məscidi mart ayında sökülmüşdür və Hacı Cavad məscidinin sökülməsi işinə başlandıqda məscidin dini fəalları və namazqılanlar müqavimət göstərərək məscidin sökülməsi proqramını dayandırmışdır. 
Dövlətin dindarlara qarşı təzyiqləri davam etməkdədir. Son aylarda Masallının imam cüməsi Hacı Sərdarın həbs edilməsi bunun bariz nümunəsidir. Bundan əlavə, ölkənin ağır cinayətlər üzrə məhkəməsi dindarlara qarşı ağır hökmlər çıxarmışdır.
Doktor Mütəfəkkirazad daha sonra deyib: “2015-ci ilin noyabr ayında dövlət qüvvələri Nardaranda hüseyniyyəyə hücum edərək bu kəndin bir qrup əhalisini öldürdü, bir neçə nəfəri yaraladı və bir çox islamçı fəalı da həbs etdi. Hadisəyə görə həbs edilənlərə qarşı ağır hökmlər çıxarıldı. Həbs edilənlər zindanda çox pis şəraitdə saxlanılır. Qeyd olunan hərəkətlərin hamısı dövlətin bu ili İslam Həmrəyliyi İli adlandırdığı bir zamanda baş verir”. 
O, çıxışının davamında deyib: “2011-ci ildən həbsdə saxlanılan Azərbaycan İslam Partiyasının sədri doktor Mövsüm Səmədov ən ağır işgəncələrə məruz qalır, karsda saxlanılır. Azərbaycanın hakimiyyəti görəsən, hansı qanuna əsasən siyasi və dini bir şəxsiyyətə bu qədər əzab-əziyyət verir?”.
Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar Mərkəzinin idarə heyətinin müdiri vurğulayıb: “Azərbaycanın hökumət başçıları İslam dünyasının əsas məsələlərindən xəbərsizdir və onlara vəfa etməyəcək kəslərin qucağına yuvarlanır. Ən yaxşı qucaq xalqın ağuşudur. Tarix sübut etmişdir ki, öz xalqına güvənən hökumətlər başqa ölkələrə və güclərə arxalanan hökumətlərdən daha uzunömürlü və sevimli olmuşdur. 
Ürək yandıraraq deyirik ki, Azərbaycan Respublikasının müxtəlif bölgələrində islami fəalları incitmək, onları həbs etmək, onlara məhdudiyyətlər yaratmaq dövlətin sosial potensialını zəiflədir”.
Doktor Mütəfəkkirazad çıxışının sonunda deyib: “İran İslam Respublikası bütün çətinliklərdə daim Azərbaycan xalqının yanında olmuşdur. İranın düşmənlərinə əl uzatmaq, İranın maraqlarına zərbə vurmaq üçün öz ərazisini və imkanlarını onların ixtiyarına vermək dostluğun qaydası deyil”.

















  • Yazılıb
  • da (də) 2017 Jun 20
  • Göndərən مدير سايت Aran News