Tarix : 2017 Jun 21
Kod 52024

Dini Komitə: "Məktəblilərin oruc tutması düzgün deyil"

Məsləhətdir ki, məktəbi bitirəndən sonra oruc tutsunlar
Islamazeri.az-"Azyaşlıların oruc tutmasını məqsədəuyğun hesab etmirəm. Bu, uşaqların təhsil göstəricilərinə mənfi təsir edə bilər". Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran salamnews.org-a açıqlamasında bildirib.
"Məktəblilərin oruc tutması düzgün deyil. Bu onların səhhətinə ciddi xələl gətirə bilər. Məsləhətdir ki, məktəbi bitirəndən sonra oruc tutsunlar" - o qeyd edib.
Sədr müavini qeyd edib ki, Ramazan ayı boyunca təşkil edilən iftar süfrələri nə kasıbyana olmamalıdır, nə də həddindən artıq süfrə aşıb-daşmamalıdır: "Qurani-kərimdə belə bir ayə var ki, yeyin-için, amma israfçılıq etməyin. Hər bir müsəlman buna əməl etməlidir. Ümumiyyətlə, hər hansı bir işin, davranışın da artıqlığı, əndazəni keçməsi düzgün deyil. Bu mənada, iftar süfrələrimiz də qaydasında olsa, yaxşıdır. Nə kasıbyana olmamalıdır, nə də həddindən artıq süfrə aşıb-daşmamalıdır"
  • Yazılıb
  • da (də) 2017 Jun 21
  • Göndərən مدير سايت Aran News