Trend.az-ın statistik göstəricilərə istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda 56 648 nəfər dünyasını dəyişib ki, bu da 2015-cü illə (54 697) müqayisədə çoxdur.Ötən il dünyasını dəyişənlərin 34 093-ü (2015-ci ildə 32 825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 252-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1 815-i (2015-ci ildə 1 712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2 731-i (2015-ci ildə 2 646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.
Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2016-cı ildə hər 100 min nəfər arasında 587,8 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574,0 olub.