Tarix : 2017 Jun 21
Kod 52026

Azərbaycanda əsas ölüm səbəbləri AÇIQLANDI

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri açıqlanıb.
Trend.az-ın statistik göstəricilərə istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda 56 648 nəfər dünyasını dəyişib ki, bu da 2015-cü illə (54 697) müqayisədə çoxdur.
Ötən il dünyasını dəyişənlərin 34 093-ü (2015-ci ildə 32 825 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 252-i (2015-ci ildə 7 278 nəfər) yenitörəmələrdən, 1 815-i (2015-ci ildə 1 712 nəfər) tənəffüs orqanları xəstəliklərindən, 2 731-i (2015-ci ildə 2 646 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.
Əhalinin hər 100 000 nəfərinə düşən bütün səbəblərdən ölənlərin sayı üzrə də artım qeydə alınıb. Belə ki, 2016-cı ildə hər 100 min nəfər arasında 587,8 ölüm halı qeydə alınıbsa, 2015-ci ildə bu göstərici 574,0 olub.



  • Yazılıb
  • da (də) 2017 Jun 21
  • Göndərən مدير سايت Aran News