Tarix : 2017 Jun 21
Kod 52033

“Qüds Günü və Qarabağ” mövzusunda Dəyirmi Masa keçirilib

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə “Qüds Günü və Qarabağ” mövzusunda Dəyirmi Masa keçirilib.
Faktxeber.com-Tədbirdə QAT sədri Akif Nağı, DEVAMM sədri İlqar İbrahimoğlu, AİP-in sədr əvəzi İlham Əliyev və digər ictimai-siyasi nümayəndələr iştirak ediblər.
İlk öncə çıxış edən QAT dərdi Akif Nağı bildirdi ki, Beynəlxalq Qüds Gününün növbəti dəfə dünyanın müxtəlif yerlərində qeyd olunması xüsusi əhəmiyyət daşıyır və bu günün problemləri ilə səsləşir: "Bu gün bütün dünya böyük problemlər, qarşıdurmalar içərisindədir, hər yerdə təcavüz, terror, zor hərəkətləri baş verir. İslam dünyası, müsəlman ölkələri isə daha ağır vəziyyətdə, acınacaqlı durumdadır, Qərb dünyasının, işğalçı və terrorçu rejimlərin birbaşa basqısı altındadır. Fələstinin işğalı davam etdirilir, Misir, İraq, Suriya, Liviya, Yəmən və digər ölkələr od-alov, dağıntılar, fəlakətlər, məhrumiyyətlər içərisindədir. Azərbaycanın əraziləri hələ də işğal altındadır. Türkiyə beynəlxalq mərkəzlərin, terror maşınlarının dəhşətli məngənəsində zülm çəkməkdədir. İran beynəlxalq güclərin təhdid və təzyiqlərindən hələ də əziyyət çəkir. İşğal altında olan Qarabağımızın zadlığıl üçün Qərb dövlətlərinə olan ümidlərindən əl çəkməli, yalnız müsəlman dövlətlərinin dəstəyinə arxalanaraq Qarabağımızın azadlığına nail olmalıyıq.”
DEVAMM sədri İlqar İbrahimoğlu isə Qüds Gününü ictimai-siyasi əhya adlandırdı: «Qüds Günü son əsrlərdə dünyada gedən dini inancı, Allaha etiqadı kənara qoyan dünya sisteminə qarş bir etirazdır. Qüds günü tövhidin təzahürüdür».
AİP-in sədr əvəzi İlham Əliyev isə çıxışında bildirdi ki, dünyada gedən siyasi proseslər daha çox ədalətsizlik, güclünün gücsüzə zülmü ilə müşahidə olunur: “Dünya böyük dəyişikliklər astanasındadır. İslam dünyada öz sözünü deməyə başlayıb. Bu gün İslam bəşəriyyətə düzgün yaşam təqdim edir. İŞİD kimi napak qüvvələri ortaya atmaqla İslamın inkişafının qarşısını almağa, İslamın adını ləkələməyə çalışırlar. Amma hamıya bəllidir ki, belə qüvvələr haradan gəlib və onların maliyyəçisi kimdir. İslam, din lazımdır ki, biz Qarabağımızı azad edək. Başqa yollar mümkün deyil, 25 ildir xristian dünyasının ardınca qaçırıq. Amma əməli sürətdə sübut olundu ki, onlar bizə torpaq qaytarmayacaqlar. Nə qədər özümüz öz ayağımız üstündə dayanmamışıqsa, öz millətimizə arxalanmamışıqsa, torpaqlarımızı işğaldan qurtara bilməyəcəyik. Öz millətimizin kökü də İslam üzərindədir. Nə qədər ki, bunu cəmiyyətə aşılamamışıq, torpaqlarımızın azadlığı mümkün deyil. İnşallah o gün uzaqda deyil, öz şəhadət ruhumuzla torpaqlarımızın azadlığına nail olacağıq.”









  • Yazılıb
  • da (də) 2017 Jun 21
  • Göndərən مدير سايت Aran News