Tarix : 2017 Jun 21
Kod 52035

Azərbaycan və Anti-İslam Siyasətlərin Davamı

"Üzümün tükü sənə lazım idi. Niyə yoldun" \ Nardaran “işi”-3

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün iyunun 19-da əliyevlər rejimi tərəfindən şərlənən Şiə ruhanisi, Qurani Kərim Hafizi Höccətül İslam Zülfüqar Mikayılov, Hafizi Höccətül İslam Seyyid Elman Ağayev, Hafizi Höccətül İslam Ramil Seyfullayev, Hafizi Höccətül İslam Ruzi İsmayılov, dini fəal Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyatov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov və Cabir Əliyevin qurama cinayət işi üzrə qondarma məhkəmə iclası davam edib.
azl.abna24.com-Ədalətsiz hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə “şahid qismində” Gəncə şəhəri Nizami Rayon polis idarəsinin ünsürləri ifadə verib. Onlar təqsirləndirilən dini fəal Mübariz İbrahimov və ruhani Höccətül İslam Ruzi İsmayılovun saxlanması barədə danışıblar. 
“Şahid” Samir Quliyev daxil olmuş əməliyyat məlumatı əsasında apardıqları axtarış nəticəsində Ruzi İsmayılovun maşınında qumbara və güllə aşkar elədiklərini bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı Ruzi İsmayılov müqavimət göstərib və polislərdən birini vurub. Zərbə nəticəsində həmin polis əməkdaşı bir aya yaxın koma vəziyyətində qalıb. Höccətül İslam Ruzi İsmayılov deyilənləri təkzib edərək, bunun mümkünsüz olduğunu deyib:
"Həmin hadisədən sonra uşaqlar mənə "Rembo" ləqəbi verdilər. Guya mənim zərbəmlə polis bir aya yaxın komada qalıb. Halbuki həmin gün mənim başıma qara torba keçirərək, terrorçular kimi əlimarxadan bağlı maşına mindirdilər"
Dini fəal Mübariz Quliyev deyib ki, saxlanılan zaman onun üzərində 800 manat pul olub. İstintaq məlumatında isə 52 manat qeyd olunub. 
Daha sonra işverən polis ünsürü Teymur Teymurəliyev ifadə verib. O, əməliyyatın axşam saatlarında həyata keçirildiyini deyib. Vəkil Şəhla Hümbətova ona sual ünvanlayıb:
"İstintaq məlumatlarında Mübariz Quliyevin 20:00-da saxlanıldığı, 20:10-da artıq ondan 5 səhifəlik izahat alındığı, vəkil çağırıldığı və hal şahidlərinin dəvət olunduğu bildirilir. Bütün bunları 10 dəqiqənin içində necə etmisiz?"
“Şahid” vəkilin sualına "bilmirəm" deyə cavab verib. 
Vəkil bildirilib ki, təqsirləndirilən bir neçə saat əvvəl saxlanılıb, sadəcə həmin saatlarda ona işgəncə verilib.
Daha sonra Mübariz Quliyev şahidə müraciət edib: "Üzümün tükü sənə lazım idi? Niyə yoldum üzümün tükün?" 
“Şahid” onun sözlərini təkzib edib. Mübariz İbrahimov oruc olduğunu, Ramazan ayında yalançıya Allahdan lənət arzuladığını deyib:
"Yalan deyirsən. Məni dizüstə süründürürdün. Allah yalan deyənə lənət eləsin"
Növbəti proses ayın 22-ə təyin olunub.











  • Yazılıb
  • da (də) 2017 Jun 21
  • Göndərən مدير سايت Aran News