Livan "Hizbullah"ının "Firqatul İsra" marş qrupu "Qüds günü"ndə azərbaycanlıların sıx yaşadığı İstanblun Halkalı qəsəbəsinin Zeynəbiyyə məntəqəsində çıxış edəcəklər
İslamazeri.com xəbər verir ki, İyun ayının 23-də Beynəlxalq Qüds günü münasibətilə bütün dünyada mərasim və aksiyalar keçirildiyi kimi Türkiyənin İstanbul şəhərində də mərasim və aksiyalar keçiriləcək. Səhər saatlarında cümə günü Fateh məscidində İsrail əleyhinə yürüş və mitinq təşkil olunacaq və bəyanat səsləndiriləcək. Axşam isə İstanbulun Halkalı rayonunun Zeynəbiyyə bölgəsində "Yəhya Kamal Bayatlı" konsert və tədbir kompleksində "Qüds günü" tədbiri keçiriləcək. Tədbirə İran, İraq, Azərbaycan, Almaniya və Livandan da qonaqların qatılması gözlənilir. Həmçinin mərasimdə Livan Hizbullah hərəkatının marş qrpu olan "Firqatul İsra" da mərasimdə çıxış edəcək. Mərasimdən öncə 2500 nəfərlik iftar süfrəsi qurulacaq.