İyunun 22-də jurnalist Kamran Mahmudovun Gürcüstana gedərkən saxlandığı bildirilir. Bu barədə «Facebook» sosial şəbəkəsində vəkil Cavid Rzazadə yazıb.
Nur-az.com:«Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır», – vəkil yazıb.Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.
«Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı», – vəkil yazıb.
K.Mahmudov AzadlıqRadiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra «Kanal 13» internet televiziyasında çalışırdı. Ancaq onun axtarışda olma səbəbi, saxlanması barədə rəsmi orqanlardan açıqlama almaq, hələlik, mümkün olmayıb.