Tarix : 2017 Jun 22
Kod 52043

"Qüds Günü zülmə, ədalətsizliyə məruz qalan insanların günüdür"

Ramazan ayının sonuncu cümə günü dünyanın əksər yerlərində, xüsusilə İslam dünyasında "Beynəlxalq Qüds Günü" kimi qeyd edilir.
Nur-az.com:Təməli 1979-cu il İslam İnqilabından sonra İslam inqilabının rəhbəri Ayətullah Xomeyni (rə) tərəfindən qoyulan Qüds günü, hər il dünyanın müxtəlif ölkələrində elmi diskussiyalar, konfranslar, mitinqlər və aksiyalar formasında qeyd edilərək, 60 ildən çoxdur Fələstin xalqına qan udduran və müsəlmanların ilk qibləsi sayılan Beytul-Müqəddəsi işğal altında saxlayan sionist İsrail rejiminin cinayətlərinə etiraz olunur.
Bu münasibətlə ruhani alim, Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev Maide.Az-a bildirib ki, Qüds Günü zülmə, ədalətsizliyə məruz qalan insanların günüdür. 
Sionist rejiminin bir əsrə yaxındır ki, Fələstin xalqına qarşı zülm etdiyini deyən Hacı İlham Əliyev, dünyanın buna susqun yanaşdığını təəssüflə vurğulayıb: "Sionist rejimi qadınlara, uşaqlara zülm edir və bu fitnə-fəsadda özünü haqlı sayır. İmam Xomeyni (rə) “Qüds Günü”nü elə bir vaxtda elan etdi ki, insanlar sükut içində idi. Bəşər əhli haqla batilin yerini səhv salaraq zalımı məzlum, məzlumu isə zalım kimi qəbul edirdi. İmam Xomeyni belə bir gündə ayağa qalxaraq "Qüds Günü"nü elan etdi. İnsanları mövcud sükuta son qoymağa səslədi. Hazırda bu düşüncə bütün dünyada öz yerini tutub. "Qüds Günü"nün mahiyyətini dərk edən insanlar, zülmə qarşı öz etiraz səslərini daha çox ucaldır".
AİP sədr əvəzi deyib ki, sükutun fəsadlarının nəticəsidir ki, bu gün İraq, Suriya, Yəmən, Əfqanıstan, Azərbaycan və digər müsəlman ölkələri işğalçı rejimlərin zülmlərindən əziyyət çəkir: "Məhz həmin sükutun nəticəsidir ki, bu gün Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Əgər insanlar vaxtında sükutu pozaraq öz haqlarını tələb etməyi bacarsaydılar, bu gün torpaqlarımız işğal edilməzdi".





  • Yazılıb
  • da (də) 2017 Jun 22
  • Göndərən مدير سايت Aran News