Maide.İnfo xəbər verir ki, tədbirdə ölkənin tanınmış şəxsiyyətləri, İranın ölkəmizdəki səfiri, ruhanilər, mədəni və siyasi fəallar, partiya nümayəndələri, və digər qonaqlar iştirak edib. Tədbiri ön sözü ilə İran İslam Respublikasının ölkəmizdəki Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Əsgər Farsi açıb.
O, Qüds günü və onun əhəmiyyətindən danışıb. "İmam Xomeyni Quran ayələri və Həzrəti Əlinin (ə) "Hər zaman zalımların qarşısında durun və məzlumları müdafiə edin" hədisinə söykənərək Ramazan ayının sonuncu cüməsini Qüds günü adlandırdı. Qüds günü tək coğrafi bölgə deyil, həmçinin orda yerləşən "Beytul-Müqəddəsin" müdafiəsi ön planda olması daha çox aktuallığını qoruyur. Və bizlər müsəlman olaraq hər birimiz birliyimizlə işğalda olan torpaqlarımızı düşmən və kafirlərin əlindən almağımızı daim diqqətdə saxlamalıyıq”.
Tədbirin davamında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi hacı İlham Əliyev çıxış edib.
Hacı İlham Əliyev bildirib ki, İmam Xomeyninin Qüds günün elan etməyi, bəşəriyyətə göstərdi ki, onların həqiqi düşməni, dostu kimdi, kiminlə dostluq etməli, kimin əleyhinə etiraz etməlidir. “Bu günün təyin edilməsi insanlığın düşməni, onların azadlığını qəsb edən sionizm rejimini hər kəsə açıq-aydın elan etdi. İlk vaxtlarda çoxları bu günün əhəmiyyətini o qədər də düşünüb dərk edə biməmişdi. Amma zaman keçdikcə Qüds günü dünyada azadlıq sevərlər üçün önəmli bir günə çevrildi. Hamı bu günün əhəmiyyəti, əzəməti və haqqında danışır, düşünür, və bu istiqamətdə Qüds günü öz hüdudlarından aşaraq insanları özünə doğru çəkib”.
O əlavə edib ki, bugün Qüds günü insanlıq və azadlıq düşmənlərinin, qəsbkarların önündə mübarizə simvoluna çevrilib. “Azadlıq sorağında olan hər bir insan , Qüds günü və əhəmiyyəti haqqında danışmalıdır. Azərbaycan xalqı da işğala məruz qalan ölkələrdən hesab olunur və 20 faizdən çox torpağı düşmən tapdağında olan bir ölkə kimi qəsbkarlara, işğalçı dövlətlərə qarşı öz etirazını ucaltmalı, və beynəlxalq səviyyədə olan bütün etirazlara Azərbaycan xalqı qoşulur və qoşulmalıdır".
Qüds gününün Qarabağ günü olmasını vurğulayan ilahiyyatçı filosof, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu bildirib ki, Azərbaycan xalqının bu günü anlaması üçün ilk günlərdən bu anlayış gündəmə və ictimai rəyə gətirilib. "Qüds günü ayılma günüdür. Qüds günü siyasi Qədr gecəsi günüdür. Mübarək Ramazan ayının sonuncu cüməsi siyasi-ictimai bir Qədr gecəsidir. Yəni müsəlmanların bir ay hansı səviyyədə oruc tutumaqları, hansı səviyyədə təqvaya çatmaları Qüds günündə ortaya çıxarmalıdır. Qüds günü İslam günüdür. Yəni İslamın mahiyyətində nə varsa, Qüds günündə var. O namaz ki, onda Qüds və Qarabağ yanğısı yoxdursa, o namazın bir əhəmiyyəti qalmaz”.
Hacı İlqar İbrahimoğlu əlavə edib ki, bizim ən böyük missiyamız budur ki, müsəlman dünyasının bütün elmi, mənəvi mərkəzlərinə bu həqiqəti anladaq ki, Qüdslə bağlı yaşatmaq olduğumuz nədirsə, Qarabağla bağlı olan da odur. Necə ki, Qüdsü işğal edən sionist rejimlə hər cür əlaqə mümkünsüzdür, Qarabağı da işğal edən rejimlə hər hansı bir əlaqə mümkünsüzdür. “Qüds günü Qarabağ günüdür, Kəşmir günüdür, Qüds günü Səud rejimində zülmə məruz qalan Qətif və qətiflilərin günüdür. Qüds günü haqqın batil üzərində qələbə çalacağı bir gündür".
Tədbirdə çıxış edən İran İslam Respublikasının ölkəmizdəki səfiri Cavad Cahangirzadə Qüds günün qorunub saxlanılmasını mühümlüyünü qeyd edib və bunun üçün fəhm və iradəmizin güclü olması zəruriliyini vurğulayıb.
C.Cahangirzadə söhbətinin davamında Qüds günün də Aşura günü kimi simvol olması və qorunub saxlanılması, əzəmətli keçirilməsi müsəlmanların daim diqqətində olmasını dinləyicilərin nəzərinə çatdırdı.
Tədbirin davamında politoloqlar, şair və ədiblərin çıxışları oldu .
Qeyd edək ki, "Beynəlxalq Qüds günü və işğalçılığa qarşı İslam dünyasının həmrəyliyi" adlı tədbir İran İslam Respublikasının ölkəmizdəki Səfirliyinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilirdi. /