Cümə günü "Beynəlxalq Qüds Günü" münasibətilə paytaxt Tehran və ölkənin 900 şəhərində etiraz yürüşü keçiriləcək.
Maide.Az “İsna”-ya istinadən xəbər verir ki, bunu İslami Təbliğat Kordinasiya Şurasının Qüds və İntifada Mərkəzi Qərargahının sədri Ramazan Şərif deyib. R.Şərif deyib ki, bu ilki Qüds günü yürüşləri “Beynəlxalq Qüds günü", müsəlman xalqların birlik və cihad simvolu, Fələstinin məzlum xalqına dəstək və sionist rejimin məhvi” şüarı ilə keçiriləcək.
Onun sözlərinə görə, "Beynəlxalq Qüds Günü" yürüşü İranda yerli vaxtla saat 10:30da başlayacaq. “Beynəlxalq Qüds günü" mərasimləri dünyanın 85 ölkəsində keçiriləcək.
Elcə də İrandakı "Qüds günü" yürüşləri xəbərlərini İranın daxilindən və xaricindən 4 mindən çox fotoqraf, journalist və operator işıqlandıracaq.