Tarix : 2017 Jun 22
Kod 52046

Səyyad Aranın Dinin hökmlərini dəyişmək hüququ varmı

“Dünyəvi dövlət” məmuru İslam dininin hökmlərini dəyişərsə bu din kimə məxsus olacaq – Allaha, yoxsa Səyad Arana?!…
Truthngo.org-Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran mətbuata verdiyi açıqlamasınsa  məktəblilərə məsləhət görüb ki, “məktəbi bitirəndən sonra oruc tutsunlar”.
“Azyaşlıların oruc tutmasını məqsədəuyğun hesab etmirəm. Bu, uşaqların təhsil göstəricilərinə mənfi təsir edə bilər”, – deyə  Azərbaycan məktəblilərinin “qayğısına qalan” Komitə sədrinin müavini bildirib.
Dünyəvi dövlət məmuru olan Səyyad Aranın bu DİNİ hökmü hansı əsasla verdiyi məlum olmasa da, sözünə davam edərək Qurana istinla qeyd edib ki, Ramazan ayı boyunca təşkil edilən iftar süfrələri nə kasıbyana olmamalıdır, nə də həddindən artıq süfrə aşıb-daşmamalıdır: “Qurani-kərimdə belə bir ayə var ki, yeyin-için, amma israfçılıq etməyin”.
Göründüyü kimi, dünyəvi dövlətin dinə nəzarət edən məmuru Qurana istinad edib, Müqəddəs Kitabdan ayələr sitat gətirir. Əgər Səyyad müəllim israf barəsində Quran istinad edirsə, görəsən orucun vacibliyi, hansı yaşdan tutulmalı olduğu barədəki Quran ayələrinə niyə əhəmiyyət vermir? Məgər oruc, israfdan daha az əhəmiyyətlidir?! Yoxsa nəuzubillah Allah, Səyyad Aranın məmur olacağı ölkədə insanların məktəbdə oxuyarkən həddi buluğa çatacaqlarını və dinin hökmlərinin onlara vacib olduğu vaxt məktəbə oxumağa davam edəcəklərini bilmirmiş?!…









  • Yazılıb
  • da (də) 2017 Jun 22
  • Göndərən مدير سايت Aran News