Tarix : 2017 Jun 22
Kod 52047

Nicat Əmiraslanov sərbəst buraxılıb

İyunun 21-də inzibati qaydada həbs edilmiş jurnalist Nicat Əmiraslanov sərbəst buraxılıb. Onun 30 sutkalıq həbs müddəti bitib. Bu haqda onun yaxınları bildiriblər.
Meydan Tv-Həbsdən çıxmış jurnalisti yaşadığı Qazaxbəyli kəndinə aparıblar.
N.Əmiraslanov buraxıldıqdan sonra mediaya hər hansı açıqlama verməyib.
N.Əmiraslanov Qazaxda fəaliyyət göstərir. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası almışdı.
Jurnalist Gəncə Apelyasiya Məhkəməsində apelyasiya şikayətindən imtina etmişdi.
Vəkili E.Sadıqovun bildirməsinə görə, jurnalist bu addımı öz iradəsi ilə atmamışdı.
“Biz Nicat Əmiraslanovu saxlanmazdan əvvəl görmüşdük. İndi ağzında bir dişi belə qalmayıb”, - deyə vəkil həmin vaxt açıqlama vermişdi.
N.Əmiraslanov özü isə polislərin yanında dişlərinin, sadəcə, düşdüyünü və imtina ərizəsini öz iradəsi ilə verdiyini demişdi.
N.Əmiraslanovun işgəncəyə məruz qalması ilə bağlı deyilənlərə Qazax rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.











  • Yazılıb
  • da (də) 2017 Jun 22
  • Göndərən مدير سايت Aran News