Qafqaz Müsəlmanlar İdarəsi Beynəlxalq Qüds günü münasibətilə əlaqədar olaraq konfrans keçirib. Xeberman.com-un verdiyi məlumata görə, konfransın açılışı Quran tilavəti ilə başlayıb.
Giriş sözü ilə QMİ-nin rəhbəri Şeyx Allahşükür Paşazadə açıb. Şeyx Allahşükür Paşazadə bildirib ki, bu gün dünyada islamofobiya var və müsəlman dünyası işğala məruz qalır. İslam dünyasında baş verən bu işğal faktorundan Azərbaycan da əziyyət çəkir. 20 %-a yaxın torpaqlarımız Erəməni işğalı altındadır. Bundan əlavə Şeyx bildirib ki, işğal olunmuş Qarabağ torpağının bir qismi azad olub. Həmin azad olunmuş torpaqlardan olan Cocuqmərcanlı kəndində artıq məscid inşa olunub. Bundan əlavə olaraq Hacı Cavad Məscidinin yeni bir ünvanda fəaliyyətə başladılması üçün yeni məscid tikilir. Bu isə cənab Prezident İlham Əliyevin şəxsi vəsaiti hesabına olacaq. Azərbaycan dövləti olaraq həmişə İslam dəyərlərinə sadiqliyindən və Qüds gününün əhəmiyyətindən danışıb Şeyx. Tanınmış alim Vasif Məmmədəliyev isə Ramazan ayının əhəmiyyətindən,orucun faydalarından danışıb.
Tədbirdə Dünyada Beynəlxalq Quran müsabiqəsində 1-ci yerə çıxmış İranın məhşur hafiz, Quran qarisi Behzad Hojabli Quran oxuyub .
Əhlibeyt məddahlar qurupu isə dini surudlar ifa ediblər.
Ayətullah Seyyid Əli Xameneinin Azərbaycan üzrə nümayəndəsi Seyyid Əliəkbər Ocaq Nejad öz növbəsində Ramazan ayının fəzilətindən, Qüds gününün tarixindən və əhəmiyyətindən danışıb.
Konfransdan sonra iftar verilib.(press-az.com)