Tarix : 2017 Jun 24
Kod 52057

Gürcüstanda "Qüds günü" aksiyası keçirilib

Gürcüstanda cümə günü bir qrup gənc "Qüds günü" münasibətilə Fələstində dəstək, İsrailə etiraz əlaməti olaraq aksiya keçirib

İslamazeri.com xəbər verir ki, Qüds günü ilə əlaqədar olaraq Gürcüstanın Marneuli şəhərində yerləşən "İvane Cavaxişvili" Parkında dinc etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları əllərində Fələstin və Gürcüstan bayraqları, həçinin Azərbaycan, gürcü və ingilis dilində plakatlar tutaraq, "Fələstinə azadlıq!", "Qüdsə azadlıq!", "Qüds bizimdir, bizim olacaq!", "Fələstin abad olacaq, İsrail viran olacaq!", "israilə ölüm!", "Məhv olsun İsrail" şüarları və təkbir deyiblər. Polis müdaxiləsi olmayıb, aksiya insidentsiz şəkildə başa çatıb.

  • Yazılıb
  • da (də) 2017 Jun 24
  • Göndərən مدير سايت Aran News