Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili müsəlmanlarla iftar süfrəsi ətrafında bir araya gəldi.
İslamazeri.com xəbər verir ki, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili müsəlmanlarla iftar süfrəsi ətrafında bir araya gəlib.
Məclis iştirakşılarını və ölkə müsəlmanlarını mübarək Ramazan ayı və qarşıdan gələn Fitr bayramı münasibəti ilə təbrik edən hökümət başçısı bu müqəddəs ayın Tanrıya qayıdış, paklıq, xeyirxahlıq və insanpərvərliklə tanınan bir ay olduğunu qeyd edib. O çıxışı zamanı vurğulayıb ki, ölkə vətəndaşları fərqli inanc, din və millətə mənsub olmalarına baxmayaraq birgə güc şəkilində ortaq sərvət olan vətənin inkişafında xidmətlər göstərib və göstərirlər... "Son hakimiyyətdə olduğumuz illərdə başqa dinlərlə birgə müsəlmanlara göstərilən diqqət və qayğını artırdığmıza görə mən fəxr hissi duyuram. Bizim fərqli dinimiz olsa da çoxdinli və millətlilik baxımından zəngin dövlətimiz var. Tarix boyu ölkə vətəndaşları din və vicdan azadlığına söykənərək bərabər qarşılıqlı sayqı və hörmətlə tolerantlıq çərçivəsində birgə yaşayırlar”-, deyə baş nazir qeyd edib.
İftar axşamında Dini məsələlər üzrə dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, şərqi Gürcüstanın müftisi Yasin Əliyev çıxış edərək Ramazan ayı münasibətilə müsəlmanlara göstərilən diqqət və qayğıya görə baş nazirə minnətdarlıqlarını bildiriblər.
Onlar ölkənin rifahı, ərazi bütövlüyü, xoş gələcəyi üçün dua edib, dünyaya sülh, əminamanlıq arzulayıblar.
Qarşıdan gələn Fitr bayramı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edərək, tutulan orucların edilən dua və ibadətlərin qəbul olmasını diləyiblər.
Qeyd edək ki, tədbirdə din, ictimaiyyət xadimləri, dövlət rəsmiləri və müsəlman ölkələrinin səfirlik təmsilçiləri iştirak ediblər. Sonda Gürcüstanın baş naziri qonaqlarla xatirə şəkili çəkdirib.