Tarix : 2017 Jun 24
Kod 52061

Aksiya ilə əlaqədar İsrail səfirliyi polis tərəfindən mühasirəyə alındı

Qüds günü ilə bağlı olduğu bildirilir.

Səhər saatlarından etibarən Qüds günü ilə əlaqədər olaraq İsrail səfirliyinin qarşısına çox saylı polis əməkdaşları gətirilib.

İslaminSesi xəbər verir ki, buna səbəb hər il mübarək Ramazan ayının sonuncu cümə günü keçirilən Beynəlxalq Qüds günü ilə bağlı olduğu bildirilir.

Günorta radələrində isə gözlənildiyi kimi İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar bir qrup inanclı tərəfindən təşkil olunub. Mitinqdə təxminən 50-ə yaxın etirazçı iştirak edib.

Aksiya iştirakçıları "İsrailə ölüm", "Məhv olsun İsrail", "Qüdsə azadlıq" şüarları səsləndirilib.

Aksiya zamanı 30-a yaxın insanın saxlanıldığı bildirilir.

Xatırladaq ki, neçə illərdir Qüds Günü ilə bağlı hər il Azərbaycanda işğalçı İsrail rejiminə etiraz olaraq səfirlik qarşısında aksiya keçirilir. Çox güman ki, hüquq mühafizə orqanları belə aksiyanın keçirilmə ehtimalını nəzərə alaraq polis əməkdaşlarını əraziyə cəlb ediblər.

Qeyd edək ki, ilk dəfə 1982-ci ildə İran islam inqilabının lideri Ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda, Yəməndə və başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir.




  • Yazılıb
  • da (də) 2017 Jun 24
  • Göndərən مدير سايت Aran News