Tarix : 2017 Jun 24
Kod 52062

Sakaryada Qüds günü qeyd edilib

Sakaryada Ramazan ayının son cüməsi münasibətilə Dünya Qüds Günü qeyd edilib.

"Diriliş Saatı" jurnalı tərəfindən təşkil olunan tədbir Əli Gürlərin oxuduğu mətbuat açıqlaması ilə başlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Gürlər bir Qüds gününü daha həzin şəkildə xatırladıqlarını ifadə edərək "Regionumuz daxili müharibələrlə, münaqişələrlə yanır. Ümmət məzhəbi və etnik təfriqə ilə boğuşur. İslam coğrafiyasında qarışıqlıqdan yararlanan isə hər zaman olduğu kimi Sionist İsraildir. Sionistlər Fələstin müqavimətinin qarşısındakı acizliklərini İslam dünyasındakı daxili iğtişaşlar üzərindən kampensasiya edirlər. Müsəlmanlar arasındakı münaqişələr və qarşıdurmalar sionistlər üçün sanki nəfəs borusu xüsusiyyəti daşıyır",- deyib.
Son Qətər böhranının müsəlmanlar arasında yenidən vəhdət körpüləri qurmağa namizəd olduğunu bildirən Gürlər "Amerikanın Səudiyyə Ərəbistanı üzərindən başda Türkiyə və İran olmaqla HƏMAS, "Müsəlman Qardaşlar"a və "Hizbullah"a dərs vermək təşəbbüsü əldən çıxdı. Müsəlman xalqlar Amerikanın mülayim-radikal, şiə-sünni bütün müsəlmanları qarşı cəbhədə bir düşmən olaraq gördüyünə şahidlik etdi. Bu hadisə vəhdət şüurumuzu yenidən tətbiq etməyimizə səbəb oldu. Müsəlmanlar olaraq fərqimizi bir sərvət kimi görərək birləşməyə və bütün gücümüzü Fələstin məsələsi üçün səfərbər etməyə ehtiyacımız var. Müsəlmanların vəhdətinin İsrail üçün bir kabusa çevriləcəyi günlərin yaxın olmasını arzu edirik",- deyə əlavə edib.
Qüdsün azad olmasının ümmətin azad olması mənasına gəldiyini və bu azadlığın həyata keçməsinin yeganə yolunun müqavimət olduğunu vurğulayan Gürlər "Sakarya əhalisi olaraq Qüds, Məscidül-Əqsa kimi müqəddəslərimizi qorumaq, Fələstin məsələsinin daim yanında olmaq nöqtəsindəki qərarlılığımızı davam etdirəcəyimizi bu meydandan bir daha elan edirik. Buradan, Fələstin üçün mübarizə aparan HƏMAS-ı, "İslami Cihad"ı, Fələstin Xalq Qurtuluş Cəbhəsini və "Hizbullah"ı salamlayırıq. Buradan Fələstin üçün canlarını verən Şeyx Əhməd Yasini, Əbdüləziz Rantisini, Fəthi Şiqaqiyi, Abbas Musəvini, İmad Muğniyəni, Mavi Mərmərə şəhidlərini və adlarını bir-bir qeyd etmədiyimiz bütün şəhidlərimizi salamlayırıq. Şəhidlərimizə sədaqətimizi sonuna qədər davam etdirəcəyimizə və onların yoldan ayrılmayacağımıza Allaha and içirik",- deyib.
Mətbuat açıqlamasının ardınca Məhərrəm Dəmircanın duası və Fələstinli şəhidlərin xatirəsinə hazırlanmış halva ehsanı ilə tədbir sona çatıb.



  • Yazılıb
  • da (də) 2017 Jun 24
  • Göndərən مدير سايت Aran News