İstanbuln Halkalı rayonunun Zeynəbiyyə qəsəbəsində "Qüds günü" münasibətilə böyük mərasim təşkil edilib
İslamazeri.com-un xüsusi müxbirinin verdiyi xəbərə görə, İstanbuln Halkalı rayonunun Zeynəbiyyə qəsəbəsində "Qüds günü" münasibətilə böyük mərasim təşkil edilib. Mərasim Zeynəbiyyə Gənclik Təşkilatı tərəfindən "Yəhya Kamal Bayatlı" konsert və mərasim salonunda keçirilib. Mərasimə xaricdən gələn qonaqlar, o cümlədən İstanbulda yaşayan sakinlər qatılıblar.Mərasimdə Livan Hizbullahına aid "Firqatul İsra" marş qrupu marş və ilahilərilə diqqət çəkib.
Türkiyə (cəfərilərinin) şiələrinin lideri Şeyx Səlahəddin Özgündüz çıxışı zamanı "Qüds günü"nün önəminə işarə etmiş, İran İslam İnqilabının liderinin bu böyük işini təqdirə layiq adlandıraraq, İslam İnqilabının banisi Ayətullah Ruhullah Xomeyni, hazırki rəhbəri Ayətullah Xamenei və Livan müqavimətinin lideri Seyid Həsən Nəsrullaha öz təşəkkürünü bildirib.
Özgündüz bölgədəki yaradılan problemləri, o cümlədən ötən il Türkiyədə 15 İyul - hərbi çevrilişə cəhdi də İsrail maraqları ilə əlaqələndirib.
Livan Hizbullahına aid "Firqatul İsra" marş qrupu isə öz növbəsində Seyid Nəsrullahın salamlarını Şeyx Səlahəddin Özgündüzə, həmçinin Türkiyə xalqına və xüsusilə zeynəbiyyəlilərə çatdırıb və bəzi marşlar türk dilində ifa edilib.
Mərasimdə həmçinin yeni inşası davam edən Avropanın ən böyük İslam Mərkəz Kompleksi olan "Zeynəbiyyə" məscid - kompleksin inşası ilə əlaqədar videoçarx mərasim iştirakçılarına təqdim edilib.