İslaminSesi xəbər verir ki, aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar bir qrup inanclı tərəfindən təşkil olunub. Mitinqdə təxminən 50-ə yaxın etirazçı iştirak edib. Aksiya iştirakçıları "İsrailə ölüm", "Məhv olsun İsrail", "Qüdsə azadlıq" şüarları səsləndirilib. 
  Aksiya zamanı 30-a yaxın insan həbs edilib.  Həbs edilən şəxslərin Yasamal rayon 27-ci polis bölməsinə aparılıb. Hazırda saxlanılan şəxslərin izahatları alınır.