AİP-nin Sədr Əvəzi Hacı İlham Əliyev, İQNA ile müsahibəsi zamanı bildirib ki, "Qüds günü "-nün qeyd olunmasının, müsəlmanların ilk qibləsi olan Qüdsin insanlar arasında yaşamasına böyük və bəlkədə əvəz olunmaz təsiri var.
Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev, Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) ilə xüsusi müsahibəsi zamanı vurğulayıb ki, Fələstinin gələcəyini biz çox parlaq görürük. İnanırıq ki, çox çəkməyəcək Qüds günü öz həqiqi sahiblərinə qayıdacaq, azad olacaq.
Yaxın Şərqdəki böhranlar Fələstin məsələsinin unudulmasına səbəb oldumu?
Hərçənd ki, bölgədə baş verənlərin əsas hədəflərindən biri də məhz Qüdsə kölgə salıb və cəmiyyətlərin, müsəlmanların fikrini başqa səmtə yönəldərək, başqa məsələlər barədə düşünməyə vadar etmək idi. Amma illər boyu bunun üzərində işləsələr də, külli miqdarda sərmayə qoysalar da, belə istədiklərinə nail ola bilməyiblər. Buna ən açıq -aydın sübut isə, ildən ilə Qüds günün daha da möhtəşəm və daha da böyük, geniş insan kütləsiylə müşayiət olunan izdihamlı etiraz aksiyalarının keçirilməsidir. Bu gün, qəsbkar İsrail rejiminin məhkumluğunda və əziz Qüdsün himayəsində bir çox ölkələrdə yürüşlər keçirilir. Təbii ki, bu yürüşlərin mənası budur ki, Qüdsin düşmənləri istədiklərinə nail ola bilməyiblər. Qüdsi insanlar unudmayıblar.
"Ümumdünya Qüds Günü" Fələstin məsələsinin unudulmasına necə mane ola bilər?
Bu gün beynəlxalq səviyyədə "Qüds günü "- nün qeyd olunmasının, müsəlmanların ilk qibləsi olan əziz Qüdsün insanlar arasında yaşamasına böyük və bəlkə də əvəz olunmaz təsiri var. Qüdsin bu gün mübarək Ramazan ayına çox sıx bağlantısı var. Ramazan ayı daxıl olduqda insanlar Qüds haqqında düşünürlər. Bu gün haqda kitab, məqalə, şeyr yazıb - oxumaqla Qüdsə olan məhəbbət, mərifət və biliklərini yüksəltməyə çalışırlar. Hər kəs özünə uyğun Qüds haqda maraqlanır. Və mən deyərdim hətta Qüdsü sevməyənlər belə Ramazan ayında Qüds günü haqda düşünürlər. Odur ki, mübarək Ramazan ayı Quranın baharı olduğu kimi Qüdsin də baharıdır.
Səudiyyə Ərəbistanı kimi bölgədəki bəzi ölkələr sionist rejimlə əlaqələrini normallaşdırmağa çalışır. Siz Fələstinin bundan sonrakı taleyinin necə olacağını düşünürsüz?
Fələstinin gələcəyini biz çox parlaq görürük. İnanırıq ki, çox çəkməyəcək Qüds günü öz həqiqi sahiblərinə qayıdacaq, azad olacaq.
İslam dünyasında Fələstin məsələsinin daimi gündəm olmasında İmam Xomeyni (r.ə) və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneinin rolu nədir?
Qüdsin dirilməsində mərhum İmam Xumeynin rolu danılmazdır. Mərhum İmam Ramazan ayının sonuncu cümə gününü " Qüds günü " elan etməklə bir daha özünün yüksək siyasi düşüncəyə malik olduğunu dünyaya sübut etdi. Və bu addımıyla qəflət yuxusuna verilmiş bütün müsəlmanları sirkələyib oyadaraq peyğəmbərimizin (s.) həqiqi yolunu göstərdi. Və təxminən on il bu oyanışın rəhbərliyini özü etdi. Mərhum İmam Xomeynidən sonra isə , inqilabdan qaynaqlanan bu oyanışın İmam Xameneinin rəbərliyilə bu günki günədək maniələrə baxmayaraq, bütün dünyanı heyrətə gətirə biləcək qədər, zərrə qədər də İmam Xumeynin qoyduğu kursdan əyilmədən davam edir.
Nə üçün Fars körfəzinə çıxışı olan bəzi ölkələr həqiqi düşmən sionist rejimə qarşı mübarizə aparmaq əvəzinə İranfobiyanı yaymağa çalışırlar?
Fars körfəzinin özündən razı hakimlərinin buna ehtiyacı var. Çünki, bunların əksəriyyəti sionist rejiminin himayəsiylə hakimiyyət kürsüsünə təkyə veriblər. İnsanları həqiqi düşmənlərdən yayındırıb, fikirlərini məşğul etmək üçün çıxış yolunu bunda görürlər ki, yalançı düşmən düzəldib cəmiyyətə təqdim etsinlər. Buna baxmayaraq ki, artıq cəmiyyətlər ayılıb, ağı qaradan ayırd edə bilirlər.