Tarix : 2017 Jun 24
Kod 52067

Bakı dövləti inadkarlıq uçurumunda

Azərbaycan Respublikasının bir sıra şiə şəxsiyyətləri və təşkilat fəalları Ramazan ayının sonuncu cümə günü dövlət səviyyəsində Qüds Günü keçirilməsini istədiyi bir vaxtda ölkənin prezidenti İlham Əliyev xalqın istəyinin əksinə hərəkətə etdi və sionist rejimlə ortaq komissiyanın tərkibi ilə bağlı sərəncam imzaladı.

AranNews - Azərbaycan Respublikasının bir sıra şiə şəxsiyyətləri və təşkilat fəalları Ramazan ayının sonuncu cümə günü dövlət səviyyəsində Qüds Günü keçirilməsini istədiyi bir vaxtda ölkənin prezidenti İlham Əliyev xalqın istəyinin əksinə hərəkətə etdi və sionist rejimlə birgə komissiyanın tərkibi ilə bağlı sərəncam imzaladı.

Prezidentin sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası hökuməti ilə sionist rejim arasında birgə komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin olunub.

Azərbaycanın təhsil nazirinin sionist rejimlə birgə komissiyanın sədri təyin edilməsi İlham Əliyevin Binyemin Netanyahunun tələblərinə itaət etməsini göstərir. Sionist rejimin baş naziri 2016-cı il 13 dekabrda Bakıya səfərində bu ölkədə yəhudilərin təhsil kompleksini ziyarət edərkən elm və təhsil sahələrində ikitərəfli münasibətlərin genişləndirilməsini istəmişdi.

İ. Əliyev həmçinin, xarici işlər nazirinin müavinini, iqtisadiyyat nazirinin müavinini, müdafiə sənayesi nazirinin müavini, energetika nazirinin müavini, kənd təssərrüfatı nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, səhiyyə nazirinin müavini, mədəniyyət və turizim nazirinin müavini, dövlət gömrük komitəsi sədrinin müavini, standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsi sədrinin müavini, diasporla iş üzrə dövlət komitəsi sədrinin müavini, dövlət mülki aviasiya administrasiyasının direktoru, mərkəzi bankının baş direktoru, milli elmlər akademiyasının vitse-prezidentini birgə komissiyanın üzvləri təyin edib.

Birgə komissiyanın tərkibi İ. Əliyevin Qüdsü işğal edən rejimlə fövqəladə əhəmiyyətli münasibətlər quracağını göstərir.

Diqqəti çəkən digər nüans budur ki, sözügedən sərəncamın imzalanması Ali Məqamlı Rəhbərin Ofisinin beynəlxalq münasibətlər üzrə sədr müavini höccətül-islam Möhsin Quminin Bakıya səfəri ilə eyni zamanda baş verdi.

Halbuki, bundan öncə İ. Əliyevin İslam İnqilabının Böyük Rəhbəri ilə görüşündə həzrət Ayətullah Xamenei xəbərdarlıq etmişdi: “Bütün düşmənlərdən daha çox xəbis sionist rejimi İran və Azərbaycan arasında qardaşcasına münasibətləri zəiflətməyə cəhd edir. Bunun qarşısında səmimi münasibətləri qorumaq lazımdır”.

Hazırkı durumda İ. Əliyevin sionist rejimlə birgə komissiya təşkil etməsi Bakı dövlətinin ürəyiyananlıq üzündən edilən nəsihərləri eşitmək istəmədiyini, Netanyahunun 13 dekabrda Bakıya səfəri çərçivəsində Bakı-Təl-əviv münasibətlərinin təhsil sahəsində genişlənməsi tövsiyəsinə əməl etmək istədiyini göstərir.

Bakı-Təl-əviv rəsmiləri daxili və regional reaksiyalara görə öz münasibətlərini iyirmi il gizli saxladıqdan sonra İ. Əliyev “Bakının müstəqilliyinin nümayişi” çərçivəsində bu formal addımı atmışdır.

“WikiLeaks” saytının ifşa etdiyi sənədlərə görə İ. Əliyev Vaşinqton rəsmiləri ilə gizli görüşündə Bakı-Təl-əviv münasibətlərini onda bir hissəsi görünən aysberqə bənzətmişdi. Sionist rejimin universitet müəllimlərindən biri də bu münasibətlərə işarə edərək onu gizli olmasına rəğmən məşuqə sindromu adlandırmışdı.

Qüds Günü astanasında Bakının sionist rejimlə qanunsuz münasibətlərini aşkara çıxarmaq üçün cəsarəti elə bir zamanda baş verir ki, dövlətin son dörd ildə islamofibiya siyasətləri ən pik həddinə çatıb. Belə ki, şiə fəalları bu vəziyyəti 1937-ci ildə Stalin hökumətinin dinə qarşı siyasətləri ilə müqayisə edir, bəzən də onu sionist rejimin müsəlmanlar əleyhinə hərəkətləri ilə eyni səviyyədə hesab edirlər.

Hazırkı durumda düşündürücü digər məsələ budur ki, Azərbaycan R-nın rəsmi xəbər agentliyi “Azərtac” Azərbaycanda Qüds Gününün keçirilməsi ilə bağlı ictimai istəklərlə bağlı suala dolayısı ilə cavab verərək sionist rejimin “The Jerusalem Post” qəzetinin məqaləsini təkrar olaraq dərc edərək yazdı: “İndiki mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın haqlı mövqeyinin Yaxın Şərqdə İsrail dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan Respublikası üçün çox zəruridir!”

Azərtac “Jerusalem Post”a istinadla sionist rejimə qarşı hər hansı bir etirazı xəyanət hesab edərək yazdı: “Azərbaycanlılar heç zaman yəhudilərə, yəhudilər də azərbaycanlılara xəyanət etməyiblər!!”

Bakının indiki münasibətləri və İ. Əliyevin seçdiyi yanaşma Azərbaycan R-nı sürətlə işğal edilmiş Fələstin ərazilərində sionist rejimin yanında səfirlik açmağa tərəf aparır. Bu məsələ sionist rejim rəhbərlərinin 25 il arzusunda olduğu, lakin çata bilmədikləri bir hərəkətdir. Ancaq Bakı dövlətinin Təl-əvilə birgə komissiya təşkil etməsi bu istəyi gerçəkləşdirəcək, qondarma, cinayətkar rejimin yanında nümayəndəlik açılacaq. Əlbəttə, bu İ. Əliyev üçün çox təhlükəli qumar olacaq. Necə ki, İ. Əliyev risk etdiyi qorxulu qumar sayılan D. Tramp və kral Salmanın başçılıq etdiyi Riyaz iclasında iştirakından sonra Bakı özünü çətin vəziyyətə saldı və həmin təhlükəli siyasi oyuna görə Qətər və Fars körfəzi məsələsində İ. Əliyev deyil, hətta bu ölkənin ən aşağı səviyyəli rəsmiləri də bu hadisələrə münasibət bildirə bilmədilər və sükut etməyi məsləhət görərək aranın sakitləşməsini gözlədilər.

Sionist rejimlə birgə komissiyanın iclasını təşkil etmək və Bakının işğal olunmuş Fələstin ərazilərində səfirlik açması Bakı rəhbərləri üçün çox çətin bir durum yaradacaq. Ancaq bu dəfə sükutu qorumaqla ondan yaxa qurtara biləcəkləri məlum deyil.

  • Yazılıb
  • da (də) 2017 Jun 24
  • Göndərən مدير سايت Aran News