Dünən Azərbaycan Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılmış bank eksperti, hüquqşünas Əkrəm Həsənov artıq evdədir.
Islamazeri.az-Ə.Həsənovun özünün sözlərinə görə, dindirmə təxminən 1 saat 40 dəqiqə davam edib.
Məlum olub ki, aparıcı bank ekspertindən ölkənin üç bankı - VTB, Bank of Baku və Bank Respublika (Moody's agentliyi bir az əvvəl məhz onların reytinini aşağı salmışdı) şikayət verib.
Əkrəm Həsənovun virtualaz.org-a bildirdiyinə görə, Baş Prokurorluqda ondan soruşublar ki, həqiqətənmi bank sistemini "dağıtmaq" istəyib.
"İzah etdim ki, tam əksinə. Və mənə elə gəldi ki, həmsöhbətlərim arqumentlərimi qəbul etdilər. Axı mən öz yazılarımda dövlətin maraqlarının müdafiəçisi kimi çıxış edirəm. Yeri gəlmişkən, maraqlı bir məqam da oldu. Biz Bank Standart-ın kreditorlar komitəsinin iclasında Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyi qərara almışıq və mən bu haqda idarənin əməkdaşlarına məlumat verdim", - Ə.Həsənov qeyd edib.
Ə.Həsənov bildirib ki, ona öz yazılarında ehtiyatlı olmağı məsləhət görüblər.
Taleyi üçün narahat olanların hamısına təşəkkür edib və vurğulayıb ki, ona nəzakətli münasibət göstəriblər.