Tarix : 2017 Jun 25
Kod 52073

Azərbaycanda dini qadağalar rəsmiləşdirildi

“Dini etiqad azadlığı haqqında” qanun dini etiqad azadlığını məhdudlaşdırarmı?!..
Truthngo.org-Azərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
qanuna aşağıdakı dəyişikliklər edilib:
1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilib: “Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır”.
21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilib: “Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər”.
24-cü maddənin ikinci hissəsi isə aşağıdakı redaksiyada verilib: “Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir”.

 






  • Yazılıb
  • da (də) 2017 Jun 25
  • Göndərən مدير سايت Aran News