BƏYANATI
Müasir dünyanın istənilən coğrafiyasında insanlığa, insan haqlarına qarşı zülm və təcavüz olarsa, dinindən, milli mənsubiyyətindən aslı olmayaraq insanlar himayə olunmalı və zülmə etiraz bildirməlidir.
Fələstin xalqının tarixi ərazilərində qondarma İsrail rejimi yaradıldıqan sonra dinc fələstinlilərə qarşı aparılan soyqrım siyasətinə, müsəlmanların müqəddəs məkanlarının dağıdılmasına etiraz əlaməti olaraq İran İslam İnqilabının dahi rəhbəri İmam Xomeyni həzrətlərinin 1982-ci ildə verdiyi fətva əsasında mübarək Ramazan ayının son cümə günü Beynəlxalq Qüds Günü -Fələstin xalqının azadlıq mücadiləsinə dəstək günü kimi qeyd olunur.
Ötən 35 il ərzində sionist İsrail rejimi ABŞ və Qərbin himayəsi altında nəinki Fələstin dövlətinin yaranmasına imkan vermədi, əksinə, fələstinlilər öz tarixi vətənlərindən qovularaq bu gün də zülm və təqiblər altında azadlıq mücadiləsini davam etdirirlər.
Bu gün də siyasi, mədəni, dini, insani hüquqları məhdudlaşdırılan, dözülməz blokada və təzyiq altında yaşayan Fələstin xalqının acı aqibətinə diqqəti cəlb etmək müsəlman dünyasının həmrəyliyinə nail olmaq üçün Qüds Günü aktual olaraq qalır.
Azərbaycan xalqı da müstəqil dövlətini yenidən bərpa edəndə, Rusiyanın imperiya maraqlarının qorunmasında alət kimi istiadə olunmaq üçün zaman-zaman tarixi vətən torpaqlarımıza köçürülümüş satqın, xəyanətkar ermənilərin təcavüzü ilə qarşılaşdı.
Azərbaycanın tarixi torpaqları rus hərbi maşınının yardımı və iştirakı ilə ermənilər tərəindən qəsb edildi, dinc əhali vəhşicəsinə, kütləvi surətdə qətl olundu, insanlıq tarixinin XX əsrdə ən dəhşətli faciəsi-Xocalı soyqrımı törədildi.
Bütün bu hərbi cinayətlərə və işğalçılıq faktlarına ədalətli mövqe nümayiş etdirməyən beynəlxalq qurumlar və dövlətlər “erməni soyqrımı” kimi uydurma saxta tarixi himayə etməkdədir.
Qüds Günü işğala, zülmə, zalimə etirazın simvoludur. Qüds Günü, yəni Qarabağ Günü, Xocalı Günü, Şuşa Günü, Kəlbəcər Günü, Kəşmir Günü, Bəhreyn Günü, Srebrenitsa qətliamı Günü, təcavüzə və təcavüzkarlara etiraz Günüdür!
Biz, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı olaraq məzlum Fələstin xalqının işğalçı cinayətkar İsrail rejiminə qarşı müqavimətini dəstəkləyir, Qarabağın, Qüdsün və bütün təcavüzə məruz qalıb işğal olunmuş torpaqların azad olunmasını tələb edirik!