Tarix : 2017 Jun 25
Kod 52076

Özü işğalçı olan rejim vasitəsilə Qarabağın azad edilməsi ideyası xam xəyaldır

İsraillə əlaqə bütün işğalçıları rəsmən tanımaq deməkdir. BƏYANATI
Truthngo.org-Dünya “Qüds Günü” bu ümmət üçün bir xatırlatmadır. Bu ümmət öz əsas rolunu müəyyən qədər unudub. Bu ümmət Fələstini himayə etməli, ilk qiblə və ikinci məscidə, Peyğəmbərin (s) maraca getdiyi məkana yardım etməlidir. Buna görə də İran İslam Respublikasının Fələstin məsələsindəki  mövqeyi müsəlman dövlətlərə nümunə olmalıdır. Bu ölkə Fələstin məsələsini İslam İnqilabı yaranan andan diqqətdə saxlamış və müsəlman nəsillərə xatırlatmışdır ki, gələcək Qüdsə, gələcək Fələstinə, gələcək bizim ümmətimizə aiddir. İran İR xatırlatmaq istəyir ki, Qüds təhlükədədir, Məscidül-Əqsa təhlükəyə məruz qalmışdır. Bu ölkə xatırlatmaq istəyir ki, müsəlmanlar işğal olunmuş əraziləri azad etmək üçün birləşməlidirlər. İslam ölkələrinin başçıları başa düşməlidirlər ki, Qarabağdan tutmuş Qüdsə kimi işğal olunmuş ərazilər qondarma rejimlərə təzim etmək və onlarla geniş əlaqə yaratmaqla deyil, məhz Aşura mədəniyyəti sayəsində azad ola bilər. Lakin Azrbaycan Respublikası rəsmiləri tam əks bir siyasət yeridir.
Bu gün Azərbaycan hökuməti Qarabağın işğal planını hazırlayıb həyata keçirən İsrail rejimi ilə əlaqəyə üstünlük verir. Öz ərazilərində İsrailə məxsus casus şəbəkələrinin yerləşdirilməsinə, səfirliyin açılmasına icazə verir. İsrail siyasətçiləri həyasızlıqla elan edir ki, İrana zərbə endirmək üçün Azərbaycan bizim üçün ən münasib səngərdir. Onlar açıq-aşkar deyirlər ki, əgər İran Livan şiələrini hərbi cəhətdən silahlandırıb bizim qarşımıza çıxarıbsa, biz də Azərbaycan şiələrini siyasi və ideoloji cəhətdən silahlandırıb İranın üzərinə yönəltmişik. Çox acınacaqlı haldır ki, bu gün İran-Azərbaycan şiələri arasında yaranan anlaşılmaz vəziyyəti sionist yəhudilər özlərinin ən böyük uğuru sayırlar. Onların qənaətinə görə son 20 il ərzində bu iki xalq arasında o qədər dərin ixtilaflar, şübhə və təfriqələr yaradılıb ki, yüz il ötsə də bu iki qardaşın arasında dostluqdan danışmağa dəyməz.
Görəsən Azərbaycan hökuməti müsəlman və şiə ölkəsi olan İranın qanına susamış İsraillə həmkarlığa arxalanıb Qarabağı azad etmək istəyir?! Guya İsrail heç bir dövlətin Azərbaycana satmadığı silahları satır? Nə qədər gülüncdür?! Onların Azərbaycana satdığı silahlar öz ölkələrində istifadədən çıxarılan silahlardır. Onlar bir zaman Türkiyəyə pilotsuz təyyarələr satdılar. Sonradan məlim oldu ki, bu pilotsuzlar iki idarə sistemi ilə istehsal edilib. Əsl idarəetmə sitemlərini Tel-Əviv özündə saxlayır. Yəni münasibət pozulsa, pilotsuzlar Tel-Əvivdəki daha üstün sistemlərlə bu təyyarələrin satıldığı ölkələrə qarşı yönəldilə bilər. Bir neçə il bundan qabaq Türkiyədə qəzaya uğramış qırıcı təyyarənin qara qutusunu və qalıqlarını tapmaq üçün İsraildən kömək aldılar. Çünki onların mərkəzi idarəetmə sistemi İsrailin əlindədir.
Dünyanın gedişatından baş çıxaranlar bilirlər ki, İsrail-Azərbaycan arasında silah alveri yox, qara pulların yuyulması prosesi gedir. Lazım olmayan avadanlıqlar və detallar alınır, özü də fantastik qiymətlərə. Əslində Azərbaycan xalqına məxsus büdcədən milyardlar silinir. Əlbəttə, onun az bir hissəsi Azərbaycanın hökumət adamlarına, böyük bir hissəsi yəhudi hərbi maqnatların cibinə axır. Azərbaycanlı məmurlar qazandığı qara pulları məhz yəhudi bankirlərin banklarında saxlamalıdırlar – bu şərtdir. Bu, dünyada yəhudilərin yaratdığı qara bazarın elan olunmamış qanunudur.
Yəhudi oyununa girən ölkə başçıları bu oyundan çıxa bilərlərmi?!
Elədir! Islam ölkələri İsraillə əlaqələrin adiləşməsi seriallarına son qoymalıdırlar. Çünki bu işğalçılar islam və Ərəb ümməti üçün ciddi təhlükədir. Bunlar Məscidül-Əqsanı işğal edən, bizim müqəddəslərimizi təhqir edən işğalçılardır. Bunlar müsəlman gəncləri həbsə almış və əsir etmişlər. Bu işğalçılar müsəlman uşaq və qadınları kütləvi şəkildə qırırlar. Belə bir rejimlə əlaqə yaratmaq fikrində olmaq olmaq müsəlmanlara xəyanət deməkdir. Bu rejimlə əlaqələrimizi adiləşdirmək istəsək, o halda bütün işğalçıları, o cümlədən Qarabağ işğalçılarını rəsmi tanımış oluruq. Bu işğalçı ilə əlaqələri adiləşdirmək əslində işğalçıların Qarabağ və Fələstindəki kütləvi qırğınlarını rəsmi tanımaq deməkdir. Belə olan halda biz onlara cinayətlərini təkrarlama cəsarəti vermiş oluruq. Bu təqdirdə onlar bizim millətimizə və müqəddəslərimizə qarşı cinayətlər törətməkdə davam edəcəklər. Buna görə də müsəlman ümməti sionist işğalçıları ilə hər hansı bir əlaqələrdən çəkinməlidir.







 






  • Yazılıb
  • da (də) 2017 Jun 25
  • Göndərən مدير سايت Aran News