Tarix : 2017 Jun 25
Kod 52077

''Azərbaycan - İmkanları məhdudlaşdırılan müxalifət''

İyunun 22-də Berlində “Azərbaycan - İmkanları məhdudlaşdırılan müxalifət” adlı dinləmə keçirilib.
Meydan tv-Dinləmədə Azərbaycandakı son siyasi durum, azad mediaya və vətəndaş cəmiyyətinə qarşı basqılar müzakirə edilib.
Eyni zamanda Azərbaycanda siyasi məhbusların vəziyyətini əks etdirən, Oslo Rəssamlıq Akademiyasının tələbələrinin hazırladıqları portretlər sərgilənib.
"Henrich Böll" fondu və Norveç Helsinki Komitəsinin birgə təşkil etdiyi dinləmədə keçmiş siyasi məhbus Anar Məmmədli də çıxış edib. Azərbaycanda insan hüquqları ilə bağlı məhdudiyyətlərin durmadan artdığını deyən Məmmədli Meydan Tv-yə bildirib ki, bu tipli addımlar ataraq incəsənətin köməyi ilə siyasi məhbuslara diqqət ayırılır.








 






  • Yazılıb
  • da (də) 2017 Jun 25
  • Göndərən مدير سايت Aran News