Tarix : 2017 Jun 28
Kod 52081

Tbilisi “Cümə” məscidində bayram namazı

Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
İslamazeri.com xəbər verir ki, Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılınıb. Hacı Namiq Hüseynovun imamətliyi və axund Hümbət Quliyevin mükəbbirliyi ilə qılınan namazdan öncə öncə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Raamin İgidov ölkə və dünya müsəlmanlarının bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb.
Ölkəyə, dünyaya və xüsusilə İslam aləminə sülh, barış, həmrəylik, əminamanlıq, bolluq və firavanlıq arzulayan şeyx, yola saldığımız aydakı oruc, namaz və digər ibadətlərin qəbul olması və gələcək Ramazanların qismət olması üçün dualar edib.
Bayram namazı və xütbələrdən sonra Ramazan ayının başlanğıcında yeniyetmə qız və oğlanlar arasında keçirilən Quran müsabiqəsinin qaliblərinə və müəllimlərinə təqdirnamələr və hədiyyələr təqdim olunub. 
Qeyd edək ki, bu gün paytaxtda digər iki məsciddə və ölkənin müsəlmanlar yaşayan rayon və kəndlərində də bayram namazları qılınıb, moizələr olunub və kasıb, fəqirlərə toplanan fitrə zəkatlarından yardımlar edilib.

  • Yazılıb
  • da (də) 2017 Jun 28
  • Göndərən مدير سايت Aran News