Tarix : 2017 Jun 29
Kod 52102

Sumqayıt məhkəməsi narkotik dövriyəsi ilə məşğul olan şəxsi azadlığa buraxıb

Sumqayıt Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Abdul Manafovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Faktxeber.com-Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, A.Manafovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət verib. A.Manafov məhkəmə zalından azadlığa buraxılıb.
İttiham aktına əsasən, A.Manafov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib, daşımış və özündə saxlayıb. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1235,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı və 1005,0 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edib saxlayıb, 23 fevral 2014-cü il tarixdə saat 00:20 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Şərq bazarı yaxınlığında sol əlində olan idman çantasında daşıyarkən, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. A.Manafovun üzərinə keçirilmiş baxış zamanı sol əlində saxladığı idman çantasının içərisindən bir ədəd şəffaf sellefona bükülmüş halda olan 1005,0 qram çəkidə narkotik vasitə olan tiryək və bir ədəd qara rəngli sellefon torbada olan 1235,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
O, Cinayət Mcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
2014-cü ilin iyul ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 may 2015-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını ləğv edib, cinayət işini yeni apellyasiya baxışına qaytarıb.









  • Yazılıb
  • da (də) 2017 Jun 29
  • Göndərən مدير سايت Aran News