Tarix : 2017 Jul 01
Kod 52108

Hacı Cavad məscidi söküldü; yeni Hacı Cavad məscidi nə vaxt istifadəyə veriləcək

Xəbər verdiyimiz kimi cümə günü günün ikinci yarısında Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidi boşaldılıb
İslamazeri.com xəbər verir ki, gecə vaxtı isə Hacı Cavad məscidinin ərazisinə polis və daxili qoşunların əsgərləri gətirilib. Ərazidə məscidin təhlükəsiz sökülməsi üçün bu addımın atıldığı bildirilir. Məscid isə gecə saatlarında sökülüb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev məscidin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq vermişdi. Yeni məscidin tikilməsilə bağlı yer ayrılıb və hətta yeni məscidin hansı üslubda tikiləcəyilə bağlı məscidin maketi də artıq hazır edilib. Lakin sosial şəbəkələrdə, məscidin nə vaxt dindarların üzünə açılacağı ilə bağlı suallar maraqlandırır.

Onu da qeyd edək ki, ötən ay QMİ sədri Yasamalda Şərifzadə küçəsində tikiləcək yeni Hacı Cavad məscidin  layihəsi, eskizləri, memarlıq cəhətdən özəllikləri ilə yaxından tanış olmaq üçün əraziyə baş çəkmişdi. Xatırladaq ki, Bakıda tikilən məscidlər 2-3 il müddətində əhalinin xidmətinə verilir. Məsələn: Heydər məscidi 2012-ci ildə tikintisinə başlanılıb və 2015-ci ildə hazır olmuşdu. Hacı Cavad məscidinin daha kiçik olmasını nəzərə alsaq məscidin 2 ilə ibadət üçün açılacağını ümid etmək olar. Yeni məscidin inşa olunacaq ərazidə yaşayan möminlərin bildirdiyinə görə, yeni Hacı Cavad məscidinin təməl tikintisinə başlanılıb.



  • Yazılıb
  • da (də) 2017 Jul 01
  • Göndərən مدير سايت Aran News