Tarix : 2017 Jul 01
Kod 52109

Bakıdakı Əbubəkr məscidi açılır

Sələfilərin toplaşdığı Əbubəkr məscidinin yenidən fəaliyyətə başlaması ilə bağlı xəbərlər dolaşır.
İslamazeri.com-un əldə etdiyi məlumata görə, xalq arasında vəhhabi-məscidi kimi tanınan - sələfilərin toplaşdığı Əbubəkr məscidinin yenidən fəaliyyətə başlaması ilə bağlı xəbərlər yayılır. Əbubəkr məscidinin sələfilər tərəfindən imam camaatı Qamət Süleymanov da dəfələrlə bununla bağlı kiçik məclislərdə işarə edib. Həmçinin sələfilər arasında da bu haqda (sosial şəbəkələrdə) söhbətlər gedir. Məlumata görə, Əbubəkr məscidində əvvəlki kimi Səudiyyə vəhhabiyyətinin təbliğat vasitəsi kimi deyil, QMİ və Dini Komitənin tam nəzarətilə fəaliyyət yürüdəcək; təkfirçi cərəyanlarla mübarizə, fərqli məzhəblərə qarşı şiddət və qeyri-tolerantlıq qəti qadağan olunacaq. Ölkədə vəhhabi məscidi kimi tanınan Əbubəkr məscidində bu məsələnin baş tutub tutmayacağını isə zaman göstərəcək. Çox güman loyal vəhhabilərlə yanaşı məscidə təkfirçi və radikallar da axın edəcək. Onlar məsciddəki gəncləri özlərinə cəlb etmək üçün bu fürsəti dəyərləndirəcəklərinə ehtimal çoxdur. Odur ki, tolerantlıqla açılmasına baxmayaraq, məscidin İraq və Suriya üçün terrorçu-döyüşçü toplayan şəxslərdən qorunması üçün yeni bir mexanizmin  dövlət tərəfindən yaradılacağına isə şübhə yoxdur. Çox güman bu işlər hazır olduqdan sonra məscidin fəaliyyətinə məhdud icazə veriləcək. (Əvvəlki kimi yolların bağlanması mümkün olmayacaq)

Qeyd edək ki, bu yaxınlarda Qamət Süleymanova verilən QMİ  ilahiyyatçıları ilə bağlı suallara o "nə işiniz var hacılarda, öz işinizlə məşğul olun" deyib. Bundan başqa o çıxışlarında işlətdiyi dini-məzhəbi ayrıseçkiliklərə səbəb olan ifadələri də artıq çıxışlarından istifadə etmir, görünür ki,  Şeyx Qamətə tapşırılıb ki, ölkədəki məzhəblər-arası qarşıdurmalara səbəb ola biləcək hər hansı bir səhv addım atmasın, əks halda bu, Əbubəkr məscidinin tam olaraq açılmamış yenidən bağlanacağı ilə bitəcək.

Xatırladaq ki, Əbubəkr məscidində loyal sələfilik təbliğat olunmasına baxmayaraq,  bu məscidə gedib gələnlər sonradan xəvaric adlandırılan radikal sələfilərin təsirinə düşərək Suriya və İraqda radikal terrorçu qruplaşmaların tərkibində vuruşmağa yollanırlar. 

Məlumat üçün bildirək ki, Əbubəkr məscidinin sələfilər tərəfindən imam camaatı Qamət Süleymanov bayram namazını Bakı küçələrindən birində qıldırıb və xütbə edib.



  • Yazılıb
  • da (də) 2017 Jul 01
  • Göndərən مدير سايت Aran News