Tarix : 2008 Jun 12
Kod 5211

NORMAL YAŞAMAQ ÜÇÜN 122 MANAT ?

Azərbaycanda bir nəfərin normal yaşaması üçün ayda 122 manat pul lazımdır
Azerbaijan Servisi/Aran Agentliyi
İndi Azərbaycanda minimum əmək haqqı və pensiya 60, orta aylıq əmək haqqı isə 237 manat təşkil edir.

Azərbaycanda bir nəfərin normal yaşaması üçün ayda 122 manat pul lazımdır. Həmkarlar İttifaqları Konfederasiyasının Nazirlər Kabinetinin təsdiqlədiyi normativlər üzrə apardığı hesablamalara görə, 1 nəfər işləyən üçün minimum istehlak səbətinin aylıq dəyəri 138 manat təşkil edir. Bu rəqəm pensiyaçılar üçün 79, uşaqlar üçünsə 88 manatdır.

İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə isə işləyən üçün minimum istehlak səbətinin dəyəri 108, pensiyaçı üçün 80, uşaqlar üçün isə 98 manat təşkil edir. Hər 2 qurum hesablamanı nazirlər kabinetinin təsdiq etdiyi normativ əsasında hesablayıb. Səbətin dəyərinin təqribən 60 faizini ərzaq malları təşkil edir. Hesablamalar onu göstərir ki, 4 nəfərdən ibarət ailəni dolandirmaq üçün 400 manatdan artıq pul lazımdır. Qeyd edək ki, indi Azərbaycanda minimum əmək haqqı və pensiya 60, orta aylıq əmək haqqı isə 237 manat təşkil edir.
 
  • Yazılıb
  • da (də) 2008 Jun 12