Tarix : 2017 Jul 01
Kod 52110

Millət vəkili: “Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur”

"Qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq."
İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq.

V.Əhmədov bildirib ki, “Azəriqaz" İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanmalıdır.

Millət vəkili Qüdrət Həsənquliyev də həmkarı ilə razılaşıb və “Azəriqaz”, “Azərişıq” və “Azərsu” ASC-nin özəlləşdirilməsini təklif edib: “Bu qurumların özəlləşdirilməsi bizim xərclərimizi azaldacaq və bu sahədə nizam-intizamı gücləndirəcək”.




  • Yazılıb
  • da (də) 2017 Jul 01
  • Göndərən مدير سايت Aran News