Tarix : 2017 Jul 01
Kod 52117

Ölkədə 767 dini icma qeydə alınıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçən 7 dini icmaya şəhadətnamələr təqdim edilib. Bu haqda komitə özü xəbər yayıb.
Faktxeber.com- Komitə sədrinin birinci müavini Səyyad Salahlı dini icmaların Azərbaycan cəmiyyətində özünəməxsus yeri və rolunu xüsusi vurğulayıb, dini maarifləndirmə, dini radikalizmə qarşı mübarizədə dini icmaların da məsuliyyəti olduğunu vurğulayıb.

Komitə rəsmisi qeydiyyatdan keçən dini icmaları dini, milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılmasında fəallığa çağırıb.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 767 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 739-u İslam, 28-i isə qeyri-islam (xristian - 17; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür.












  • Yazılıb
  • da (də) 2017 Jul 01
  • Göndərən مدير سايت Aran News